Rəsmi xronika
Prezident Seçki Məcəlləsində dəyişiklikləri təsdiqlədi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Seçki Məcəlləsində aşağıdakı dəyişikliklər edilir:
1. 1.1.23-cü maddəyə, 33.1-ci maddənin ikinci cümləsinə və 38.1-ci maddənin birinci cümləsinə “qərarının” sözündən sonra “(sərəncamının)” sözü əlavə edilsin.
2. 8-ci maddə üzrə:
2.1. maddənin adında “elan” sözü “təyin” sözü ilə əvəz edilsin;
2.2. 8.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“8.1. Seçkilərin (referendumun) təyin edilməsi haqqında qərar (sərəncam) səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilir.”.
3. 9.1-ci maddədə “elan olunduğu” sözləri “təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi” sözləri ilə əvəz edilsin.
4. 40.6-cı və 40.7-ci maddələrin birinci cümlələrində “elan” sözü “təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc” sözləri ilə əvəz edilsin.
5. 41.3-cü maddədə “seçkilər (referendum) elan olunduğu” sözləri “seçkilərin (referendumun) təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi” sözləri ilə əvəz edilsin.
6. 44.2-ci maddəyə və 77.3-cü maddənin ikinci cümləsinə “qərar” sözündən sonra “(sərəncam)” sözü əlavə edilsin.
7. 47.2-ci maddədə “elan olunması günündən” sözləri “təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən” sözləri ilə əvəz edilsin.
8. 58.3-cü maddənin birinci cümləsinə “təyin” sözündən sonra “edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc” sözləri əlavə edilsin.
9. 77.2-ci maddənin ikinci cümləsinə, 78.3-cü maddəyə, 81.2-ci maddənin üçüncü cümləsinə, 83.6-cı maddənin ikinci cümləsinə, 84.1-ci maddənin ikinci cümləsinə, 87.2-ci, 89.2-ci, 90.2.5-ci, 90.2.9-cu maddələrə, 97.2.2-ci maddənin ikinci cümləsinə və 111.2-ci maddənin ikinci və üçüncü cümlələrinə “qərarın” sözündən sonra “(sərəncamın)” sözü əlavə edilsin.
10. 123.3-cü maddədə “referendum elan” sözləri “referendumun təyin edilməsi haqqında qərar (sərəncam) rəsmi dərc” sözləri ilə əvəz edilsin.
11. 124.1-ci maddənin birinci cümləsinə “qərarla” sözündən sonra “(sərəncamla)” sözü əlavə edilsin.
12. 145.4-cü və 146.2-ci maddələrdə “qərar” sözü “sərəncam” sözü ilə əvəz edilsin.
13. 178-ci maddə üzrə:
13.1. 178.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“178.1. Bu Məcəllənin 179.2-ci maddəsində müəyyən edilmiş qaydada seçkilərin təyin olunması halları istisna olmaqla, yeddi il əvvəl keçirilən Prezident seçkilərində Prezidentin seçildiyi səsvermənin keçirildiyi ayın ikinci həftəsinin çərşənbə gününə Prezident seçkiləri təyin olunur.”;
13.2. 178.2-ci maddədə “elan” sözü “təyin” sözü ilə əvəz edilsin;
13.3. 178.3-cü maddədə “keçirilməsi gününün elan” sözləri “təyin” sözü ilə əvəz edilsin.
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO