Rəsmi xronika
Prezident: Azərbaycan “Bir kəmər, bir yol” layihəsini irəli sürdüyümüz təşəbbüslər çərçivəsində fəal irəlilədir
Azərbaycan “Bir kəmər, bir yol” layihəsini bizim irəli sürdüyümüz təşəbbüslər çərçivəsində fəal irəlilədir.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib: "Cənab Sədr, mənim ünvanıma söylədiyiniz və ölkəmiz haqqında dediyiniz xoş sözlərə görə Sizə təşəkkür edirəm. Mən Sizə, ilk növbədə, dəvətə görə təşəkkür etmək istərdim. Biz “Bir kəmər, bir yol” Forumunda iştirak etməyə dəvət olunmağımızı ölkəmizə xüsusi hörmət əlaməti, mənə münasibətdə dostluq əlaməti hesab edirik. Siz qeyd etdiniz ki, mən Sizin ölkənizin dostuyam, Azərbaycanda da Sizi Azərbaycanın xeyirxah dostu kimi tanıyırlar. Biz birgə səylərimizlə əməkdaşlığımızı irəlilədirik, bundan sonrakı qarşılıqlı fəaliyyətin yollarını müəyyən edirik".
İlham Əliyev bildirib ki, bu Forumun keçirilməsi çox böyük əhəmiyyət kəsb edir: "Siz qeyd etdiyiniz kimi, Azərbaycan lap əvvəldən Sizin təşəbbüsünüzü dəstəkləyib və bu layihəni bizim irəli sürdüyümüz təşəbbüslər çərçivəsində fəal irəlilədir. 2015-ci ildə Sizin ölkənizə dövlət səfərimi və burada mənə göstərilən qonaqpərvərliyi xatırlamaq istərdim. O vaxt Sizinlə biz “İpək Yolu İqtisadi Kəməri” haqqında Anlaşma Memorandumunu imzaladıq. Bu gün bizim siyasi münasibətlərimiz yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqə saxlayırıq".
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR