Rəsmi xronika
Cibuti Prezidenti: Azərbaycan qonşu dövlətin təcavüzünə məruz qalıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelleh ilə görüşüb.
Publika.az xəbər verir ki, Cibuti Prezidenti Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Prezident İsmail Ömər Qelleh Azərbaycanın qonşu dövlətin təcavüzünə məruz qaldığını, münaqişənin həlli ilə bağlı Azərbaycanın haqlı tələbinin legitim xarakter daşıdığını vurğuladı. Dövlət başçısı Cibuti Milli Assambleyasında Xocalıda baş verənlərin soyqırımı kimi tanınması ilə bağlı qətnamənin qəbul edildiyini xatırlatdı.
Prezident İlham Əliyev ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin vacibliyini qeyd etdi. Azərbaycan Prezidenti Xocalıda baş verənlərin 10-dan çox dövlət tərəfindən soyqırımı kimi tanındığını bildirdi. Dövlətimizin başçısı Cibuti Milli Assambleyasının Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi qətnamənin yüksək qiymətləndirildiyini nəzərə çatdırdı.
Görüşdə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparıldı.
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər















.webp)






















