Mehriban Əliyeva Şuşadan bütün müsəlmanları təbrik etdi - FOTO
Bizi izləyin

Rəsmi xronika

Mehriban Əliyeva Şuşadan bütün müsəlmanları təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “Facebook” səhifəsində Ramazan Bayramı münasibətilə paylaşım edilib.

Publika.az həmin paylaşımı təqdim edir:

Əziz həmvətənlər!

Təsviredilməz qürur və sevinc hissi ilə bizim doğma Şuşa şəhərimizdən hər birinizə ən xoş arzularımı və müqəddəs Ramazan bayramı münasibətilə səmimi təbriklərimi çatdırıram! Qoy insanları sülhə, birliyə, həmrəyliyə, xeyirxahlığa və mənəvi kamilliyə dəvət edən bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin!

Vətən uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini ehtiramla yad edirəm. Onların doğma və yaxınlarına səbir diləyirəm. Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!

Bütün dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm, Allahdan onların dua və oruclarının qəbul olunmasını diləyirəm.

Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm