Avropa
İqlim fəallarından növbəti aksiya: bu dəfə Çarlz Darvinin məzarını boyadılar
İqlim dəyişikliyinə qarşı fəaliyyət göstərən “Just Stop Oil” qrupunun iki üzvü Londondakı Vestminster Abbatlığında məşhur təbiətşünas Çarlz Darvinin məzarını təhrif edib.
Publika.az xəbər verir ki, hadisə səhər saatlarında baş verib.
Alison Li və Di Blay adlı iki qadın fəal Darvinin ağ mərmərdən olan məzar daşının üzərinə narıncı rəngli boya ilə “1,5 is dead!” (“1,5 ölüb!”) sözlərini yazıblar. Bu ifadə, 2024-cü ildə qlobal temperaturun sənaye öncəsi dövrlə müqayisədə ilk dəfə olaraq 1,5°C həddini keçməsinə işarə edir. Fəallar bu hərəkətləri ilə iqlim dəyişikliyinə diqqət çəkib və hökuməti təcili tədbirlər görməyə çağırıblar.
Vestminster Abbatlığının nümayəndəsi məzar daşının təmizlənməsi üçün dərhal tədbir görüldüyünü və narıncı təbaşirin zərər verməyəcəyini bildirib. Abbatlıq ziyarətçilər və ibadət üçün açıq qalır.
Polis hadisə ilə əlaqədar iki qadının həbs olunduğunu və onların hazırda Londonda bir polis bölməsində saxlanıldığını təsdiqləyib.
“Just Stop Oil” qrupu son illərdə idman və teatr tədbirlərini pozmaq, ABŞ səfirliyinin binasını boyamaq və Van Qoqun rəsmlərinə şorba atmaq kimi aksiyalar keçiriblər.
-
Magazin121:00Xuramanın makiyajsız halı gündəm oldu - Video
-
Sağlamlıq20:24Qəhvə qan təzyiqinə görün necə təsir edir
-
İnanc19:36Bu gün ilk Qədr gecəsidir
-
Nida Xəbər 17:55Çin vətəndaşları İrandan Azərbaycana təxliyə edildi
-
Nida Xəbər 17:45Əlcəzair İranın Naxçıvana PUA hücumundan narahatdır - Attaf
-
İqtisadi gündəm17:26İran münaqişəsi ərzaq qiymətlərini bahalaşdıracaq
-
ABŞ16:40ABŞ İranda hərbi əməliyyatlara neçə milyard dollar xərcləyib?
-
Yaxın Şərq16:10Bu ölkə ilk dəfə İrana hücum etdi





































