Rəsmi xronika
Prezident: "Azərbaycanda pandemiya ilə bağlı vəziyyət nəzarətə götürülüb"
"Pandemiya bütün dünya üçün böyük problem olmaqda davam edir".
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında yüksəksəviyyəli ümumi müzakirələrdə çıxışı zamanı deyib.
"Dövlət əvvəldən əhalini qorumaq və pandemiyanın mənfi nəticələrini minimuma endirmək üçün addımlar atdı", - İlham Əliyev deyib.
Prezident bildirib ki, Azərbaycanda yanvarın ortalarından etibarən peyvənd kampaniyasına başlayıb. İlham Əliyev pandemiya ilə bağlı vəziyyətin nəzarətə götürüldüyünü və karantin rejimi qaydalarının tədricən yumşaldıldığını əlavə edib.
Dövlət başçısı Azərbaycanın pandemiya ilə mübarizədə göstərdiyi səylərin beynəlxalq səviyyədə tanındığını qeyd edib və ölkənin bununla bağlı bütün tədbirləri özünün maliyyə imkanları hesabına həyata keçirdiyini vurğulayıb.
"Pandemiya ilə mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ayırdıq və 30-dan çox ölkəyə humanitar yardım göndərdik", - Prezident deyib.
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?