Rəsmi xronika
Deputatımız AŞPA-nın komitə iclasına qatılacaq

Milli Məclisin deputatı Sevinc Fətəliyeva AŞPA-nın Sosial məsələlər, səhiyyə və dayanıqlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 21-də Türkiyənin İzmir şəhərinə səfər edəcək.
Publika.az-ın xəbərinə görə, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, tədbirdə əmək münasibətlərinin yenidən nəzərdən keçirilməsi, uşaq əməyinin aradan qaldırılması, ictimai səhiyyədə vəziyyət, sağlamlığın qorunmasına vahid yanaşma, peyvənd ayrı-seçkiliyinin qarşısının alınması, silahlı münaqişələrin ətraf mühitə təsiri, təbii fəlakətlərin nəticələrinə qarşı mübarizə strategiyaları və digər məsələlərə baxılacaq.
Yığıncaqda, eyni zamanda, Parlament Assambleyasının fəaliyyəti, Avropa Sosial Xartiyasının 2020–2021-ci illər üzrə nəticələri və islahatlar mövzularında fikir mübadiləsi aparılacaq.
Deputatımız tədbirdə müzakirə olunan məsələlər barədə öz fikirlərini açıqlayacaq.
Səfər sentyabrın 24-də başa çatacaq.

-
Qoroskop15:20
Ən çox yatan 3 BÜRC
-
Qarabağ 14:45
Ermənilər "Laçın" postundan belə keçirlər - Video
-
Qarabağ 14:10
Sülhməramlılar tezliklə çıxacaq - Moskva Qarabağdan imtina edir
-
Dünya13:55
İki potensial təhlükə: iyunun 12-də Yerə yaxınlaşacaqlar
-
Sosial13:33
DSX-nin hərbçisi özünü güllələdi
-
Sosial13:00
Sabah 33 dərəcə isti olacaq
-
Elm və təhsil12:25
Fazil Mustafa ilk müəllimi ilə əlaqə saxlayır? - Ömür yolum çətin və ziddiyyətli olub
-
Region12:00
Türkiyədə raket zavodunda partlayış: Ölənlər var - Video