Rəsmi xronika
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik və xüsusi/xidməti pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında" Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar notalar mübadiləsinin təsdiq edilməsi və "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Publika.az xəbər verir ki, qanuna əsasən, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik və xüsusi/xidməti pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında" Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar 2022-ci il dekabrın 28-də həyata keçirilmiş notalar mübadiləsi təsdiq edilib.
Eyni zamanda "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 922) adında və mətnində "diplomatik" sözü "ümumvətəndaş, diplomatik və xüsusi/xidməti" sözləri ilə əvəz edilib.

-
Sağlamlıq10:12
Xərçəngin müalicəsində inqilab - Çinli alimlər axır ki...
-
Region09:45
CİA şefi gizli şəkildə Türkiyə sərhədinə gəldi
-
Maraq dünyası09:12
Bu il milyoner olacaq bürclər - Cibləri pulla dolub-daşacaq
-
Magazin108:24
Tanınmış aparıcı xanımını belə təbrik etdi - FOTO
-
Art07:47
Arif Babayevin Habil Əliyevlə maraqlı xatirəsi... - VİDEO
-
Magazin207:30
Məşhur müğənni 83 yaşında VƏFAT ETDİ - FOTO
-
Magazin105:45
“Gündə bir ər tapım?” - VİDEO
-
Kriminal00:30
Məşhur model şəxsi brendi üçün vannada çılpaq pozalar verdi - VİDEO