"Dünya çapında Türkiyənin mövqeyindən bir çox məsələlər asılıdır" - İlham Əliyev
Bizi izləyin

Rəsmi xronika

"Dünya çapında Türkiyənin mövqeyindən bir çox məsələlər asılıdır" - İlham Əliyev

Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında Türkiyənin mövqeyindən bir çox məsələlər asılıdır.

Publika.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında səsləndirib.

“Türkiyə bölgəmizdə barışın, istiqrarın, sülhün və iş birliyinin qarantıdır”, - deyə dövlətimizin başçısı əlavə edib.

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında həm də onu bildirib ki, türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.

Bu ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini bildirən dövlətimizin başçısı deyib: “Eyni zamanda, bu görüşdə müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə iştirak edəcək və bu, bizim ümumi işimizə, türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm