Prezidentdən Telli Pənahqızı ilə bağlı SƏRƏNCAM
Bizi izləyin

Rəsmi xronika

Prezidentdən Telli Pənahqızı ilə bağlı SƏRƏNCAM

Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətinə görə Telli Pənah qızı Əliyeva 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Publika.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Telli Pənah qızı Əliyeva 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin", - Sərəncamda deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm