Rəsmi xronika
İlham Əliyev daha bir fərman imzaladı
Prezident İlham Əliyev Avropa Komissiyasının Qeydiyyata Alınmış İxracatçılar Sistemindən istifadə ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.
Publika.az xəbər verir ki, fərmana əsasən, İqtisadiyyat Nazirliyi Avropa Komissiyasının Qeydiyyata Alınmış İxracatçılar Sistemindən (REX) istifadə məqsədilə ixracatçıların qeydiyyata alınması barədə təsdiqedici kodun verilməsini, Ümumiləşdirilmiş Preferensiyalar Sistemi (GSP) daxilində birtərəfli qaydada tarif preferensiyalarının (güzəştlərinin) verilməsi ilə bağlı Avropa İttifaqına üzv olan dövlətlərdən, habelə Norveç və İsveçrədən daxil olan sorğuların cavablandırılmasını və bu çərçivədə digər işlərin həyata keçirilməsini təmin edən vahid səlahiyyətli orqandır.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməli, İqtisadiyyat Nazirliyi ixracatçıların qeydiyyata alınması barədə təsdiqedici kodun verilməsi və daxil olan sorğuların cavablandırılması qaydalarını dörd ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməli, Xarici İşlər Nazirliyi isə İqtisadiyyat Nazirliyinin vahid səlahiyyətli orqan müəyyən edilməsi barədə Avropa İttifaqına üzv olan dövlətlərə, Norveç və İsveçrə tərəfinə müvafiq bildiriş göndərməlidir.
-
Kriminal11:19
Paytaxtda QANLI GECƏ: ailə üzvləri yaşadıqları evdə bıçaqlandılar - YENİLƏNDİ
-
İKT08:36
"Telegram"dan möhtəşəm YENİLİK: onu sata da bilərsiniz
-
Magazin106:46
Gülay Naziləyə 1000 manat verdi - VİDEO
-
İdman05:45
Neymar bu adanı alır: görün nələr var - FOTOLAR
-
Hadisə03:23
Lənkərandan ACI XƏBƏR: ölən və xəsarət alanlar var - FOTO
-
Magazin202:12
“Miss Russia 2024” müsabiqəsinin qalibi bəlli oldu
-
İKT01:21
"YouTube"a yeni RƏQİB GƏLİR: müsabiqə elan edildi
-
Region00:30
Türkiyədə silahlı qadın doğum evinin həkimlərini GİROV GÖTÜRDÜ