Rəsmi xronika
Prezident Albaniyanın Baş naziri ilə görüşdü - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Albaniya Respublikasının Baş naziri Edi Rama ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə əvvəlcə SOCAR, Albaniyanın İnfrastruktur və Energetika Nazirliyi və “Albgaz” şirkəti arasında Anlaşma Memorandumu imzalandı. SOCAR-ın həyata keçirəcəyi bu layihə Albaniyanın Korça şəhərində kömürdən və oduncaqdan istifadənin qarşısını alaraq dekarbonizasiya prosesinə ciddi töhfə verəcək və beləliklə, bu, dekarbonizasiyaya xidmət edən layihə olacaq.
Söhbət zamanı Albaniyanın Baş naziri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyevə dolğun və məzmunlu çıxışına görə təşəkkür etdi.
Azərbaycan ilə Albaniya arasında münasibətlərimizin mövcud vəziyyətindən məmnunluq bildirildi, əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu, turizm, investisiyalar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birinə göstərdiyi qarşılıqlı dəstək yüksək qiymətləndirildi və təqdir olundu.
-
Sosial00:15
Elçibəyin evi qarət olundu - FOTO
-
Magazin110 Dekabr 23:48
Ayaqları çürüyən Mahir Cürətin SON HALI - VİDEO
-
Magazin210 Dekabr 23:36
Britni Spirs bikinidə ata mindi - VİDEO
-
Sosial10 Dekabr 23:12
Həlak olan hərbi qulluqçunun FOTOSU
-
Mətbəx10 Dekabr 22:00
Bu salat 2024-cü ildə 2,35% BAHALAŞDI
-
Nida Xəbər 10 Dekabr 21:36
Nadir İsmayılovun xaricdəki hesabında 5.4 milyon manat var imiş
-
MDB10 Dekabr 21:12
İLAHİ MÖCÜZƏ: 11 uğursuz cəhddən sonra 44 yaşında ANA OLDU
-
Sosial10 Dekabr 21:00
Sabah 5 minə yaxın abonent QAZSIZ QALACAQ