Rəsmi xronika
Azərbaycan Türkiyə ilə birlikdə Suriyaya dəstək verməyə hazırdır - Prezident
Azərbaycan Prezidenti İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın dövlət başçısının Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanla telefon danışığı zamanı bildirilib.
Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub.
Dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər.
Prezident Rəcəb Təyyib Ərdoğan bütün sahələrdə olduğu kimi Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib.
-
ABŞ02:12Con Kennedinin nəvəsinin ölüm xəbəri yayıldı
-
Qoroskop00:30Günün ULDUZ FALI - Bəxtiniz bu gün çox gətirəcək
-
Art00:00“10 aydır ki, qızlarım yuxu yatmır”
-
İdman30 Dekabr 23:48"Traktor" futbol klubu ətrafında nə baş verir? - VİDEO
-
Hadisə30 Dekabr 22:24Qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - FOTO
-
Magazin230 Dekabr 22:00Sosial media fenomeni hava limanında SAXLANILDI
-
Sosial30 Dekabr 21:48Arzu Əliyeva onları yalnız qoymadı - FOTO
-
Dünya30 Dekabr 20:12Baş nazir "kabuslu ev"ə köçdü - FOTO


























.jpg)








.jpg)