Rəsmi xronika
Prezident Sudanın Suveren Keçid Şurasının Sədrinə təbrik məktubu göndərdi
Azərbaycan Prezidenti İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana təbrik məktubu göndərib.
Publika.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Sədr,
Sudanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Sizin COP29-da iştirak etmək üçün Bakıya səfərinizi məmnunluqla xatırlayıram. İnanıram ki, Azərbaycanla Sudan arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".
-
Magazin106:46
Renka qırmızıya büründü: "İlboyu pis qız olmuşam" - FOTOLAR
-
Elm və təhsil06:16
Ali məktəblərə keçid ballarında dəyişikliklər: Bu il nələr gözlənilir?
-
Magazin203:18
Ferdi Tayfurun mahnıları ilə bağlı vəsiyyəti üzə çıxdı
-
Dünya02:19
Mənsur BMT TŞ-nin iclasında ağladı
-
İdman01:35
“Yunayted” “satqın”ı axtarır: məlumatları sızdırıb
-
Qoroskop00:35
Günün qoroskopu: keçmişdəki məsələlər yenidən gündəmə gələ bilər
-
Magazin23 Yanvar 22:40
"Qurani-Kərim"ə hörmətsizlik edən bloqer saxlanıldı - Foto
-
Nəqliyyat3 Yanvar 22:00
AZAL-ın təyyarəsi Həştərxan üzərində təhlükə ilə üzləşib? - Rəsmi açıqlama