Elm və təhsil
Ali məktəblərə keçid ballarında dəyişikliklər: Bu il nələr gözlənilir?
Hər il qəbul imtahanlarında keçid ballarında dəyişikliklər müşahidə edilir. Bəs bu il ciddi dəyişikliklər olacaqmı?
Təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli mövzu ilə bağlı proqnozlarını paylaşıb.
Onun sözlərinə görə, yerlərin sayının artırılması planlaşdırılsa da, bu il keçiriləcək qəbul imtahanlarında keçid ballarının azalması gözlənilmir. "İnsanlar düşünür ki, yerlərin sayı artdıqca keçid balları aşağı düşəcək. Mən bunu düşünmürəm. Sadəcə olaraq, qəbul aparılmayan və qəbul faizi aşağı olan ixtisaslarda qəbul yerlərinin dolma faizi artacaq. Bu da universitetlərə əlavə maliyyə stimulu və məsuliyyət gətirəcək" , - deyə Vüsal Kərimli bildirib.
Mütəxəssis qeyd edib ki, 2026-cı ilə qədər tələbə sayı xeyli artırılmalıdır. Ötən ilin statistikasına əsasən, bu il qəbul yerlərinin sayının 5-8 min arasında artacağı proqnozlaşdırılır. Bunun əsas səbəblərindən biri yeni tədris binalarının istifadəyə verilməsidir. Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Bakıda Xəzər Universitetinin yeni binalarının tikilməsi tələbə sayında artımı dəstəkləyəcək.
Eyni zamanda, Vüsal Kərimli vurğulayıb ki, keçid balları enməsə də, qəbul suallarının ötən illərə nisbətən asanlaşdırılacağı gözlənilir. Bu isə qəbul faizinin yüksək olması ilə nəticələnə bilər.
Daha ətraflı "Xəzər TV"nin videomaterialında:
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi







.jpg)





.jpg)


.jpg)

.jpg)
















.jpg)

