Rəsmi xronika
İlham Əliyev Gömrük Məcəlləsində dəyişikliyi təsdiqlədi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gömrük Məcəlləsində idxal malları üçün uyğunluq sənədlərinin təqdim edilməsini nəzərdə tutan dəyişikliklər haqqında qanunu imzalayıb. Dövlət başçısının digər fərmanı ilə bu qanunun tətbiqi ilə əlaqədar bəzi fərman və sərəncamlarda da müvafiq düzəlişlər edilib.
Publika.az xəbər verir ki, yeni qaydalara əsasən, barəsində texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilmiş idxal olunan mallara dair "Texniki tənzimləmə haqqında" Qanuna uyğun olaraq tərtib edilən uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədlərinin təqdim edilməsi məcburi olacaq. Bu tələb gömrük sərhədindən keçid zamanı "bir pəncərə" prinsipi, Dövlət Gömrük Komitəsinin əsasnaməsi və "Yaşıl dəhliz" buraxılış sisteminin qaydalarına da inteqrasiya edilib.
Sözügedən dəyişikliklər texniki reqlamentlərin və istinad edilmiş standartların hər ikisinin birlikdə qüvvəyə minməsindən 2 il keçdikdən sonra idxal edilən mallara şamil olunacaq. Qanun və fərman dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"






.jpg)


























