Rəsmi xronika
Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
Avqustun 8-də Prezident İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığı 40 dəqiqədən çox davam edib.
Publika.az 1news.az-a istinadla xəbər verir ki, zəng Donald Trampın təşəbbüsü ilə baş tutub və 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton sülh sammitinin birinci ildönümünə təsadüf edib.
Məlumata görə, liderlər arasında söhbət dostluq və mehriban şəraitdə keçib.
Prezidentin Mətbuat Xidmətinin verdiyi məlumata görə, telefon danışığı zamanı İlham Əliyev və Donald Tramp Vaşinqton sammitindən sonrakı bir ilin yekunlarını, Azərbaycan və Ermənistan arasında sülh prosesini, TRIPP layihəsinin icrasını, həmçinin Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın inkişafını müzakirə ediblər.
Xüsusilə qeyd olunub ki, ötən il ərzində regionda sülh və sabitlik qorunub, sülh prosesinə xələl gətirə biləcək heç bir insident baş verməyib.
Tərəflər, həmçinin Azərbaycan neft məhsullarının Ermənistana ixracını, Azərbaycan ərazisindən yüklərin tranzitini və iki ölkə arasında ticarət əlaqələrinin başlanmasını müsbət qiymətləndiriblər.
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı






.jpg)

























