Sağlamlıq
Daha bir ölkə siqaretə qadağa qoydu
Avstriyada qastronomiya obyektlərində tütün məmulatları qadağan ediləcək. Bu barədə müvafiq qanun Avstriya Parlamenti tərəfindən qəbul olunub.
Publika.az AzərTac-ın Avstriyadakı müxbirinə istinadən xəbər verir ki, Koalisiyalı hökuməti təşkil edən Avstriya Sosial-Demokratlar, Avstriya Xalq və Yaşıllar Partiyalarının dəstəyi ilə qanun layihəsinin qəbulu üçün tələb olunan üçdəiki səs çoxluğu əldə edə edilib. Bununla da uzun illərdən bəri ətrafında ciddi müzakirələr aparılan məsələ tütün əleyhdarlarının qələbəsi ilə başa çatıb.
Qanun 2018-ci il mayın 1-dən qüvvəyə minəcək və bütün tütün məmulatlarının (siqaret, qəlyan və eləcə də elektron siqaretlər) istehlakını əhatə edəcəkdir. Bununla da tütün məmulatlarından istifadə olunduğu son ictimai məkan olan kafe və restoranlar da tütünsüz zonaya çevriləcəklər.
Qeyd edək ki, Avropa İttifaqının ondan artıq ölkəsində ictimai yerlərdə tütün məmulatlarından istifadə qadağandır.
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO