Sağlamlıq
Orqanizmi yeniləyən pomidor detoksu
Əgər yuxu rejiminə diqqət etmir, siqaret və spirt kimi zərərli maddələrdən istifadə edir, yağlı və şəkərli qidalar yeyir, kimyəvi dərman istifadə edir, meyvə ilə tərəvəzi az yeyirsinizsə və bunlarla birlikdə gərgin və stressli həyatınız varsa, mütləq detoks etməlisiniz.
Detoks nədir?
Detoks orqanizmin özünü bərpa etməsinə yardım edən bir üsuldur. Antibiotiklər bədəndəki mikrobları öldürdüyü kimi, detoks da hüceyrələrin normal fəaliyyətinə mane olan toksinlərin bədəndən atılmasını təmin edir. Xəstəliklərdən xilas olmaq və sağlam həyat tərzi üçün detoks orqanizmi təmizləməyin ən yaxşı üsuludur.
Orqanizm təmizlənmə mexanizmi zəifdirsə, qocalmağa meylli olur, dərinin qırışması prosesi sürətli gedir. Qocalmağa meylli olmaq isə xərçəng, ürək xəstəlikləri və xroniki degenerativ xəstəliklərə yaxalanma riskini artırır. Detoks sayəsində isə bunun qarşısını almaq mümkündür. Belə ki, detoksdan sonra müxtəlif orqanlar: beyin, böyrək, qaraciyər öz funksiyalarını tam gücü ilə yerinə yetirir, orqanizmin immun sistemi möhkəmlənir. Qısa desək, özünüzü daha sağlam və gümrah hiss edirsiniz.
Publika.az-ın sağlamlıq bölməsi yay ayları üçün pomidor detoksunun reseptini təqdim edir:
Ərzaqlar:
2 ədəd dilimlənmiş pomidor
1/2 ədəd kubik şəklində soyulmuş soğan
1 ədəd 4 yerə bölünmüş və qabığı soyulmuş limon
1 çay qaşığı toz, ya da rəndələnmiş zəncəfil
1 ədəd soyulmuş sarımsaq
Hazırlanması: Pomidor, soğan, limon, zəncəfil və sarımsağı blenderdən keçirib üzərinə istiot səpdikdən sonra dərhal için.
Aytən
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ