Sağlamlıq
Bel ağrısından bu sadə üsulla xilas olun
Oturaq işdə çalışanların əksəriyyəti onurğa ağrılarından şikayət edirlər. Yay aylarında isə onurğa ağrıları özünü kəskin şəkildə göstərir. Həkimlər bu problemi aradan qaldırmaq üçün üzməyi təklif edirlər.
Oturaq iş həyatı və ya kondisioner olan otaqda uzun müddət qalmaq onurğa ağrılarını daha da şiddətləndirir. Odur ki, əzələləri və sümükləri qorumağın ən yaxşı yolu üzməkdir.
Publika.az xəbər verir ki, həkim Fəridə Ekim əzələ və skelet sistemi ağrılarını sakitləşdirən məşqlər haqqında məlumat verib.
İsti havalarda ödəmlə bağlı şikayətlər artır
İsti havalarda orqanizmin maye ehtiyacı artır. Həddindən artıq tərləmə və damarlarda istinin təsiri ilə yaranan genişlənmə nəticəsində orqanizmin uc hissələrində ödəm əmələ gəlir. Xüsusilə, uzun müddət kompüter istifadə edən, oturaq işdə çalışanlar, az hərəkət edən insanlar risk altındadır. Bütün bunlarla yanaşı ürək damar və böyrək xəstəlikləri də ödəm şikayətlərinə təkan verir.
İstidən orqanizminizdə ödəm əmələ gəlirsə...
Ayaq və əlləri bir müddət yuxarıda tutun.
Kompres: soyuq su ilə dolu vedrənin içində əl və ayaqlarınızı 10 dəqiqə saxlayın.
Ayaq barmaqlarından topuqlara doğru yüngül masaj da faydalı ola bilər.
Əlləri sıxıb 20-ə qədər sayın, sonra barmaqları açıb bağlayın.
Əllər və barmaqları müxtəlif istiqamətlərdə hərəkət etdirin. Bu hərəkət təxminən 10-15 dəfə təkrarlanmalıdır.
Dəniz, ya da hovuzda yaranan əzələ ağrılarını azaltmaq üçün
Əzələ ağrıları kalsium, kalium, maqnezium çatışmazlığı, istilik dəyişikliyi, maye itkisi və əzələlərin öyrəşmədiyi yükə məruz qalması nəticəsində yaranır. Mütəmadi olaraq məşq etmək, xüsusilə isinmə hərəkətləri əzələ ağrılarını xeyli azaldır. Əzələ ağrılarını yüngülləşdirməyin digər bir üsulu da üzgüçülükdür. Bundan başqa, çoxlu su içmək, xüsusən kalsium və maqnezium miqdarı yüksək olan qidalara üstünlük vermək bu ağrıların qarşısını alır.
Ağrılar təkrarlanarsa, gecə yatmazdan əvvəl dəsmalla əzələlərə isti kompres də edilə bilər. Dəniz, ya da hovuzda ağrılar artarsa, yavaşca üzmək məsləhət görülür. Sahilə çıxdıqda ağrıyan yerləri masaj edin.
Aytən
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı