Kələmi çox yemək hansı xəstəliyə səbəb olur?
Bizi izləyin

Sağlamlıq

Kələmi çox yemək hansı xəstəliyə səbəb olur?

Dünyanın nüfuzlu həkimləri insan sağlamlığı üçün ən faydalı 3 tərəvəzdən birinin kələm olduğunu bildirirlər.

Publika.az kələmin faydalarını təqdim edir:

İstər kələm dolması yeyin, istər kələmli salat, istərsə də, kələm turşusu… Kələmdən hazırlanan hər yemək orqanizm üçün faydalıdır. Araşdırmalar ağ kələmin xərçəngdən ürək xəstəliklərinə, öskürəkdən immunitet sistemini gücləndirməyə və mədə xəstəliklərinə kimi bir çox problemin həllində effektli olduğunu göstərib.

Ağ kələm ət və süd məhsullarındakı qida dəyərinə sahib olduğu üçün vegetarian qidalanma tərzinə də uyğundur. Kələm lif və su sayəsində toxluq hissi yaradır və arıqlamağa kömək edir. Antioksidantlarla zəngin olan bu faydalı tərəvəzin 100 qramı sadəcə 25 kaloridir. Həm də qəbul edilən yağ və xolesterinin bağırsaqlardan asanlıqla atılmasını təmin edir.

Kələmin faydaları bununla da bitmir. Ağ kələm detoks effekti verərək orqanizmi bütün zərərli maddələrdən təmizləyir.

Ancaq ağ kələmdən həddən artıq istifadə etmək məsləhət deyil. Çünki həddən artıq kələm yemək zob xəstəliyinə səbəb ola bilər. Həftədə iki dəfə kələm yesəniz, kifayətdir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm