Qəhvəni sağlamlığın üçün daha faydalı hala gətir!
Bizi izləyin

Sağlamlıq

Qəhvəni sağlamlığın üçün daha faydalı hala gətir!

Həddən artıq içilmədiyi müddətdə qəhvə sağlamlıq üçün yararlı içkilərdən biri hesab edilir. Xüsusilə, səhərlər içilən 1 fincan qəhvə şəkər xəstəliyindən və Parkinsondan qorunmağın ən yaxşı yoludur.

Ancaq kiçik hiylələrlə qəhvəni daha faydalı hala gətirə bilərsiniz.

Publika.az qəhvəni faydalı hala gətirən ipuclarını təqdim edir:

İçdiyiniz qəhvəyə ədviyyatlar əlavə etsəniz, o, əsl sağlamlıq eliksirinə çevriləcək. Darçın, hil və muskat əlavə edilən qəhvə sizi bir çox xəstəliklərdən qoruyacaq. Antioksidantlarla zəngin olan bu ədviyyatlardan istifadə etməklə yanaşı, bəzi kiçik nüanslara da diqqət yetirməlisiniz.

Qəhvə keyfiyyətli olmalı, içərisinə şəkər və krem əlavə edilməməlidir.

Belə qəhvə təzyiqi və xolesterinin səviyyəsini aşağı salır, damarlara yaxşı təsir edir. İçildikdən sonrakı 3 saat ərzində beyinə daha çox qan getməsini təmin edir. Yaşlanmanı gecikdirir, iflic riskini azaldır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm