Darçın yağının inanılmaz təsiri
Bizi izləyin

Sağlamlıq

Darçın yağının inanılmaz təsiri

Araşdırmalar göstərir ki, qadınların 90 faizi sellülitdən əziyyət çəkir. Sellülitin yaranmasında genetik faktorların, qidalanma və yuxu rejiminin rolu var. Fransanın Qrenobl Universitetinin professorları tərəfindən aparılan araşdırmalar göstərib ki, sellülitə qarşı ən təsirli vasitə darçındır. Araşdırma zamanı bu xəstəlikdən əziyyət çəkən 80 qadın iki qrupa bölünüb. Onlardan 40 nəfərinə hər gün masaj tətbiq edilib. Digər 40 nəfər isə masaj zamanı darçın yağından istifadə edib və darçınlı çay içib.

Nəticədə birinci qrupdakı qadınların sellüliti 10 faiz azalarkən, ikinci qrupdakılar bu problemdən 60 faiz xilas olublar.

Alimlər bildirirlər ki, darçın yağı qan dövranını sürətləndirir və toksinlərin orqanizmdən atılmasını təmin edir.

Publika.az sellülitdən xilas olmaq üçün darçından istifadə qaydalarını təqdim edir:

Keyfiyyətli darçın yağı alın. Yağı bir az qızdırıb sellülitli nahiyələrə çəkib barmaq ucları ilə masaj edin.

Masajın təsirini artırmaq üçün gündə 2-3 stəkan darçın çayı içmək olar. Bunun üçün bir fincan qaynar suya 1-2 ədəd darçın çubuğu qoyub 5 dəqiqə gözləyin. Çayı ilıq halda için. Yeməklərdən yarım saat öncə içmək məsləhətdir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm