Çörək beyin üçün faydalı imiş
Bizi izləyin

Sağlamlıq

Çörək beyin üçün faydalı imiş

Arıqlamaq arzusunda olanların çoxu çörəyi menyudan çıxarır. Ancaq mütəxəssislər bildirirlər ki, bu, yanlış addımdır. Çünki son illərdə aparılan araşdırmalar çörəyin beyin üçün faydalı olduğunu ortaya çıxarıb.

Publika.az-ın xarici mətbuata istinadən məlumatına görə, beyin toxumaları enerji üçün yalnız karbohidratlardan istifadə edirlər. Beyin lazımlı enerjini təmin edə bilmədikdə erkən yaşlanır və zehni yorğunluq müşahidə edilir. Alzaymerə yaxalanmaq riski isə artır.

Ancaq unutmaq olmaz ki, normal beyin fəaliyyəti üçün gündə 100-125 qram karbohidrat qəbul etmək kifayətdir.

Çörəyin kökəltməməsi və beyinə faydalı olması üçün onu karbohidrat ehtiva edən qidalarla eyni vaxtda yeməməlisiniz. Çünki çörək özü də karbohidrat anbarıdır. Bir sözlə, çörək yemək lazımdır, ondan tam imtina etmək düz deyil. Ancaq hər yeməyin yanında çörək yemək də düzgün hesab edilmir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm