Sağlamlıq
Dünyanı zəhərləyən Çin məhsulları - DƏHŞƏTLİ FAKTLAR - FOTOLAR
Çində nəinki əşyaların, artıq qidaların da saxta versiyalarını düzəltməyə başlayıblar. Heç kimə sirr deyil ki, supermarketlərin rəflərində məhsulların çoxu Çindən idxal olunub.
Publika.az bu yazıda oxucuları çinlilərin istehsal etdiyi zərərli və saxta məhsullarla tanış edib. Yadda saxlayın ki, bu məhsulların ştrix-kodu 690-693-dür.
1. Tilyapiya balığı
Tilyapiya adətən Çinin balıqçılıq fermalarında becərilir. Bu, ən pis, zəhərli və zərərli balıq növüdür. Tilyapiyanın zərərli olması balaca su hövzələrində nə gəldi yeməsi ilə bağlıdır. Bu balığı almaq həyatınızın ən böyük yanlışı ola bilər. Çinin balıq fermerləri özləri yetişdirdiyi bu balıq növünü öz övladlarına yeməyi qadağan edib. MDB-yə tilyapiya balıqlarının 80 faizi Çindən (həmçinin ABŞ) gətirilir.
2. Treska
Bu balıq növü də Çin fermalarında becərilir. Treska sağlam qida deyil, çünki o da tilyapiya kimi öz tullantıları ilə yaşayır. Hazırda piştaxtalarda satılan tereska balığının təxminən 50%-i Çindən gəlir.
3. Alma şirəsi
Alma şirəsinin təxminən 50 faizi Çindən idxal olunur. Çin dünyanı pestisidlərlə çirkləndirən ölkədir. Ekspertlər bağlamalarda satılan alma şirəsindən imtina etməyi tövsiyə edir. Ümumiyyətlə, meyvə şirələrini yalnız evdə hazırlamaq və onların qanda şəkərin miqdarını tənzimlənməsi üçün tərəvəz ilə qarışdırmaq daha məsləhətdir.
4. Göbələk konservləri
Bu yaxınlarda ABŞ-ın sanepidemiya stansiyasında Çindən gətirilmiş məhsullarda xarab olmuş göbələk konservləri aşkar edilib. Bəzi Çin konserv fabrikləri uzağa gedərək göbələk bankalarına dalbadal əsassız olaraq təbii göbələk şəkilləri əlavə edirlər. Halbuki onların çoxu süni yollarla yetişdirilir. Əgər siz bir az google-da axtarış versəniz, onda başa düşərsiniz ki, Çinin sirli göbələkləri haqqında informasiyalar yalandır. Bu göbələklər ölkənin mağazalarında böyük yer tutur. Odur ki, yerli göbələk almaq daha yaxşıdır.
5. Sarımsaq
Sarımsağın uzun müddət cücərməməsi üçün Çində ona çoxlu kimyəvi dərmanlar vururlar. Bu da dolayısı ilə sarımsağın qoxusunun daha da pis olmasına gətirib çıxarır. Supermarketlərdə satılan sarımsağın əksər faizi Çindən gətirilir.
5. Toyuq
Çin quş qripinin yayılması üzrə dünya lideridir. Bundan əlavə, toyuqların tez böyüməsi üçün onlara hormon dərmanları vururlar.
7. Plastik düyü
Süni düyü kartof və rezinin istehsalı üçün istifadə olunan sintetik məhsullardan hazırlanır. Əgər bişirilmiş düyü möhkəm qalırsa və onu çeynəmək çətindirsə, çox güman ki, onun tərkibində plastik maddə var. Bu isə xərçəng xəstəliyi yaradır.
8. Qara istiot
İstehsalçılar qara istiota lil əlavə edirlər. Tənzimləyici orqanlar olmadığı halda bu məhsul sağlamlığınıza kəskin zərər vura bilər.
9. Duz
Sənaye duzu yeməli duzdan fərqlənir. Lakin Çin artıq neçə ildir ki, sənaye duzunu yeməli duz kimi idxal edir. Zaman keçdikcə o, reproduktiv funksiyasının pozulması nəticəsində mənfi nəticələr doğurur.
10. Yaşıl noxud
Bu məhsul 2005-ci ildən etibarən Çində kütləvi şəkildə istehsal olunur. Saxta yaşıl noxud soya, yaşıl rəngləri, natrium (kimyəvi konservant) və digər maddələrdən hazırlanır. Bu kimyəvi maddələrin çoxunun qidalara qatılması qadağandır. Səbəb isə maddələr mübadiləsinin pozulmasını nəticəsində xərçəngin yaranmasına gətirib çıxarmasıdır. Bu noxud nə qədər qaynadılsa belə, yumşalmır. Odur ki, Çin noxudundan uzaq olun.
Çinin istehsal etdiyi bu qidalardan qaçmaq və diqqətli olmaq lazımdır. Çünki bu qidalar orqanizmdə ciddi fəsadlara yol aça bilər. Ərzaq məhsullarını yerli fermerlərdən alın. Çünki bu, ən etibarlı və ən yaxşı variantdır. Təəssüf ki, yerli şirkətlərin hamısı vicdanlı deyil. Odur ki, daha diqqətli olun.
Aytən
-
İqtisadi gündəm19:40
"Yelo Bank"dakı 3,5 milyonluq mənimsəmə ilə bağlı araşdırma başladı – Məhkəmə
-
Magazin119:10
Meyxanaçıya ağır sözlər: "Atlar ölüb, itlərin bayramıdır" - VİDEO
-
Sosial18:40
Şəhid Xudayarın qardaşı müğənninin qızı ilə ailə qurur
-
Yaxın Şərq16:53
İsrail bu ölkədən qoşunlarını çıxarmağa başladı
-
Rəsmi xronika16:15
Prezident bu Məcəlləyə dəyişiklik etdi: 7 min manatadək cərimə
-
Sosial15:02
Təhsillə bağlı çağırışa möhlət verilməsi qaydasına dəyişiklik edilir
-
Sosial15:00
İlkin hərbi qeydiyyata alınma müddətləri dəyişir
-
Yaxın Şərq14:12
Vaşinqton rəsmən açıqladı: ABŞ və Türkiyə Suriyanın gələcəyi ilə bağlı razılığa gəldi