Sağlamlıq
Ürək üçün ən faydalı 3 MƏHSUL
Ürək-damar sistemi xəstəlikləri bütün dünyada ölümün əsas səbəbidir. Həkimlər təəssüflə qeyd edirlər ki, ildən ilə bu xəstəliklər "cavanlaşır" və son zamanlarda tez-tez çox cavan insanlarda aşkar olunur.
Ürəyin sağlamlığının qorunmasında qəbul etdiyimiz qidalar çox böyük rol oynayır. Bəzi məhsullar ürək üçün xüsusilə faydalıdır. Bu məhsulları qidalanmaya daha tez-tez daxil edin.
1. Qızılbalıq (losos)
Omeqa 3 polidoymamış yağlı turşularla xüsusilə zəngin olan qızılbalıq aterosklerozun inkişafını ləngidir, damarları xolesterindən (piyə oxşayan maddə) təmizləyir.
Ateroskleroz zamanı damarlarda xolesterin yığılır. Bunun nəticəsində damar daralır, onun keçirmə qabiliyyətini pozulur. Ateroskleroz ürək-damar sistemi xəstəliklərinin, infarktın və insultun əsas səbəbidir.
Omeqa 3 yağlı turşular həmçinin ürək ritminin tənzimlənməsinə kömək edir.
2. Ərik qurusu
Ərik qurusu kaliumla zəngindir. Kalium ürəyin normal fəaliyyəti, normal yığılması üçün olduqca vacib olan mineraldır. Kaliumun orqanizmdə çatışmamazlığı ağır aritmiyaların inkişafına səbəb olur.
3. Badam
Badam "arginin" adlı aminturşusu ilə zəngindir. Bu maddə damarları genişləndirir ki, nəticədə orqanizmdə və o cümlədən ürəkdə qan dövranı yaxşılaşır. Həmçinin arginin arterial təzyiqin tənzimlənməsinə kömək edir. (Saglamolun.az)
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR