Sağlamlıq
Şəkərli diabetin ilk əlamətləri
Bəzən diabet xəstəliyində ümumiyyətlə heç bir əlamət özünü göstərmir və diabet təsadüfən aşkar olunur. Misal üçün, okulist göz dibini müayinə edərkən diabet xəstəliyinə xas olan dəyişikliyə əsasən diabet diaqnozunu aşkar edir. Lakin bir çox əlamətlər var ki, bunlar hər iki tip diabet üçün xarakterikdir.
Publika.az bildirir ki, diabetin əlamətləri insulin
sekresiyasının azalma dərəcəsindən, xəstəliyin müddətindən və
xəstənin fərdi xüsusiyyətlərindən asılıdır. Diabetin ən çox rast
gələn əlamətlərindən aşağıdakıları göstərmək olar:
1. Tezləşmiş sidik ifrazı və orqanizmin susuzlaşmasına səbəb olan
güclü susuzluq;
2. bəzi hallarda daimi aclıq hissinə baxmayaraq, çəkinin sürətlə
azalması;
3. qanda şəkərin yüksək olması;
4. zəiflik və yorğunluq hissi;
5. görmənin aydın olmaması;
6. cinsi aktivlikdə bəzi problemlərin əmələ gəlməsi;
7. ətraflarda keyləşmənin və ağrıların əmələ gəlməsi;
8. ayaqlarda ağırlıq hissi;
9. başgicəllənmə;
10. infeksion xəstəliklərin gec sağalması;
11. yaraların gec sağalması;
12. bədənin hərarətinin aşağı düşməsi;
13. görmənin pozulması;
14. tez yorulma;
15. baldır əzələlərinin qıc olması;
Diabetli xəstələri bir neçə praktiki məsləhətlət:
Diabetdən şübhələnirsinizsə, nəslinizdə diabet xəstələri varsa
və ya olmuşsa, qan şəkərinizi yoxlatdırın və ya "chek-up"
müayinələrdən keçin.
Diabet diaqnozu təsdiq olunmuşdursa, təklif edilən müalicə
üsullarını (dərman və ya insulin) və dietanı dəqiq bir şəkildə
tətbiq edin.
Dərmanlarınızı həkiminizdən soruşmadan dəyişməyin və ya kəsməyin.
Nizamlı şəkildə qandakı şəkərinizi yoxlayın və qeyd edin.
Altı ay fasilə ilə kardioloq müayinəsində olun.
Ən geci ildə bir dəfə gözünüzü müayinə etdirin.
Fiziki fəallığı unutmayın.
Əgər nəfəsalmanızda problem varsa, öskürürsünüzsə, mütləq döş
qəfəsinin rentgen müayinəsi olunun, çünki kontrolsuz diabet ağciyər
vərəminin inkişafına səbəb olur. Peyvənd edilməsinə əks-göstəriş
yoxdursa, hər il qış aylarında qrip peyvəndi olunun.
"Türkəçarə" müalicələr (fitoterapiya və s.) və ya müasir elmi
standartlara istinad olunmadan aparılan müalicələrlə qiymətli
vaxtınızı itirməyin, qan şəkərinizi acqarına və toxqarına ölçün,
qeydlərinizi həkiminizə göstərin.
Müntəzəm şəkildə diş həkiminə gedərək, müayinə olunun. Xüsusilə,
diş ətlərində iltihab olan şəkər xəstələri çox diqqətli
olmalıdırlar.
Ayaq baxımı diabet xəstələrində çox ciddi və incə yanaşma tələb
edən məsələdir. Hər gün ilıq sabunlu su ilə ayağı yuyun və sonra
qurulayın. Dırnaqlarınızı uzun və düz kəsin, çalışın zədələməyin,
pambıq corab, evdə tərlik, ortopedik ayaqqabı geyinin, ayaqlarınıza
krem çəkin, sıyrıntı, yara, çat görsəniz, dərhal həkimə müraciət
edin. Diabetik pəncə problemi vaxtında aşkar və düzgün müalicə
edilərsə, tam həllolunan məsələdir.
Şəkərli diabetin müalicəsi yuxarıda göstərilən şərtlərə əməl edən, xəstəliyinə biganə yanaşmayan, bu xəstəliyi və ağırlaşmaları şüurlu surətdə anlayaraq, yalnız mütəxəssis həkim-endokrinoloq nəzarəti və kontrolu altında etdirən şəxslərdə uğurlu ola bilər.
deyerler.org
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?