Sağlamlıq
Qaraciyərin zəhərlə dolu olduğunu göstərən əlamətlər
Qaraciyər beynimizdən sonra orqanizmin ən ağır orqanlarından biridir. Bədəndə yığılan qlükoza və müxtəlif toksinləri təmizləmək qaraciyərin əsas funksiyasıdır. Odur ki, qaraciyər sağlamlığına xüsusilə diqqət etmək lazımdır. Balanslı qidalanmaq, siqaretdən uzaq durmaq qaraciyər zəhərlənməsinin qarşısını alan ən mühüm addımlardandır.
Qaraciyər zəhərlənməyə başlayanda orqanizminizdə müəyyən əlamətlər verməyə başlayır. Bu isə ciddi fəsadlara gətirib çıxara bilər.
Publika.az oxucuları qaraciyərin zəhərlənməsini göstərən əlamətlərlə tanış edib.
Saralmış dəri
Əllərdə, gözlərfə, dəridə və dırnaqlarda olan sarılığın səbəbi öd piqmentinin orqanizmdə toplanmasıdır. Qaraciyər düzgün işləmədikdə bədəndə yığılan bu zəhərli maddələri xaric edə bilmir. Bu da qaraciyərin zəhərlənməsi və dəri rəbginin solğunlaşması ilə nəticələnir.
Sidik və ifrazatda meydana gələn rəng dəyişiklikləri
Sidiyin normaldan daha açıq və tünd, o cümlədən ifrazatın normaldan daha açıq və ya tünd olması qaraciyər zəhərlənməsini bildirir. Bu səbəblə ifrazat və sidik rəngində dəyişiklik müşahidə etdikdə mütləq həkimə müraciət edin.
Dəri həssaslığı və qaşıntı
Dərinizdə sanki nə isə gəzdiyini hiss edir və onu qaşımaq istəyirsinizsə, bu əlamət qaraciyərin kifayət qədər işləmədiyini və toksin maddələrin çox yığıldığını bildirir.
İshal
Yeməkdən sonra halnız pisləşir və dərhal tualetə getmə ehtiyacı hiss edirsinizsə, bu, qaraciyər zəhərlənməsini bildirir. Xüsusilə tez-tez ishal olmaq maye itkisinə işarə edir.
Qaraciyər yağlanmasına qarşı cəfəri cövhəri
Qeyri-sağlam qidalanma nəticəsində yaranan qaraciyər yağlanması isə ürək-damar xəstəliklərinin riskini artırır. Eyni zamanda qaraciyər yağlanması dəridə səpki, mədədə şişkinlik və mədə pozğunluğu, gözlərdə qızartı və qaşın, babasil, yaddaşının zəifləməsi, pis ağız qoxusu kimi problemlər yaradır.
Aytən
-
Nida Xəbər 03:13
Qazaxın Qızılhacılı kəndindən yeni GÖRÜNTÜLƏR - VİDEO
-
Nəqliyyat02:12
Bazar günləri parklanma ilə bağlı qanunsuz ödənişlər alınır?
-
Dünya01:41
Dəhşətli AİLƏ FACİƏSİ: arvadını və yeddi qohumunu baltaladı, özü isə...
-
Sosial01:11
Çingiz Qənizadəyə ağır itki üz verdi
-
Qoroskop00:00
Günün ULDUZ FALI: onun əsarətinə düşə bilərsiniz
-
Magazin12 İyun 23:24
"Evli ola-ola subay qızlara girişirlər, sonra da..." - FOTO
-
Avropa2 İyun 21:48
Zelenskidən Fələstin AÇIQLAMASI: "İki dövrü qarışdırmayın"
-
Sosial2 İyun 21:12
Özünü təmtəraqla hazırlanmış mağardan asan bəyin atası DANIŞDI - VİDEO