Sağlamlıq
Tütün hər il dünyada 8 milyondan çox insanın həyatına son qoyur
Hər il mayın 31-də Ümumdünya Tütünsüz Günü qeyd olunur.
Publika.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, siqaret çəkmək dünya əhalisi üçün ən böyük təhdidlərdən biridir. Bu bəla hər il 8 milyondan çox insanın həyatına son qoyur. Bu ölüm hallarının 7 milyondan çoxu birbaşa tütün istifadəsi, təxminən 1,3 milyon isə təkrar tütün tüstüsü ilə əlaqəlidir.
Tütün məmulatları, o cümlədən qəlyanlarda 7 mindən çox kimyəvi maddə var, onlardan ən az 250-si zəhərli və ya kanserogen təsirləri ilə tanınır.
Tütünün istifadəsi insan orqanizminin demək olar ki, bütün orqanlarına mənfi təsir göstərir. Siqaret çəkmək infarkt, insult, ağız boşluğu, boğaz, ağciyər xərçəngi, astma, vərəm, 2-ci tip diabet, demensiya və bir çox digər xəstəliklərə səbəb olur.
Ümumdünya Səhiyyə Təşkilatı xəbərdar edir ki, 1 milyarddan çox insan siqaret çəkir, onlardan 80 faizi azgəlirli ölkələrdə yaşayır, onlara tütün istifadəsi ilə şərtləndirilən ən yüksək xəstəlik və ölüm yükü xasdır.
ÜST-nin 2024-cü ilin yanvar ayı üçün qiymətləndirmələrinə görə, dünyada yetkin tütün istifadəçilərinin ümumi sayı 1,25 milyard təşkil edir.
Siqaret çəkənlərin əksəriyyəti Cənub-Şərqi Asiyada (26,5 faiz) yaşayır. Eyni zamanda, Qərbi-Sakit Okean regionundakı tütün istifadəçilərinin 79 faizi Çinin payına düşür. Avropa regionunda istehlak göstəricisi 25,3 faizdir. Afrikada tütün istehlakı ən aşağı səviyyədədir. Bu göstərici 2022-ci ildəki 10 faizdən də bir qədər aşağı enib.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
















.png)




















