Sağlamlıq
Allergiyadan qurtulmağın ƏN ASAN YOLLARI
Bu gün dünya əhalisinin yarısı demək olar ki, allergiya ilə mübarizə aparır. Allergik rinit infeksiya ilə əlaqəli olmayan burunun nazal membranının iltihabıdır. Bununla mübarizə aparmağın isə kifayət qədər müxtəlif metodları var. Bu problemə allergiyaya meyilli insanlarda xüsusilə daha çox rast gəlinir. Ömürboyu davam edən bu xəstəliyin bir cəhəti var ki, yaş ötdükcə reaksiya dərəcəsi nisbvətən azalmağa doğru gedir.
Publika.az xəbər verir ki, bu, əksər hallarda azyaşlı uşaqlarda və 40 yaşına qədər insanlarda daha kəskin şəkildə özünü büruzə verir. Xəstəliyin xüsusilə aktiv olduğu, fəsillərin oyanış dövrünə, yəni yaz aylarına, ağacların tozlandığı dövrə təsadüf edir. Bu dövrdə yaş aralığından asılı olmayaraq hər kəsdə şiddətli dövr keçir.
Allergik rinit genetik faktoru özündə göstərən xəstəliklər sırasında yer alır. Xəstəliklər arasında ən zərərsiz görünən eyni zamanda isə ən ağır fəasadlarla müşahidə edilən məhz allergik rinitdir. Dünyanın ən inkişaf etmiş ölkələrində əhalinin təxminən 10-20 faizində bu problem müşahidə edilir. Son 20 il ərzində bu xəstəliyə daha çox rast gəlinir. Xəstəliyin başlama yaşı olaraq həkimlər xüsusilə 9-10 yaş aralığını qeyd edir. Xəstəlik 80 faiz hallarda 20 yaşından əvvəl başlayır, ortaya çıxdıqdan sonra isə uzun illər davam edir. 40-50yaşdan sonra isə özünü çox nadir hallarda büruzə verir.
Allergik rinit müalicə olunmadığı təqdirdə orqanizmdə ciddi zxəstəliklər yarada bilir. Belə ki, bronxit yarada biləcək xəstəlik, astma və digər tənəffüs yolları xəstəliklərinin yaranması üçün də zəmin yaradır.
Allergik rinit həyati təhlükəli xəstəlik deyil, lakin həyat səviyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək problemlər yaradır. Bu səbəbdən də allergik rinitin diaqnozu və müalicəsi çox vacibdir.
Könül Cəfərli
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA