Sağlamlıq
Paxlalı bitkilər ürək üçün faydalıdır
Ekspertlər paxlalı bitkilərin ürək üçün faydalı olması qənaətindədirlər. Paxlalı bitkilərin tərkibində xeyli miqdarda zülal və sellüloz var. Alimlər paxladan hazırlanan yeməklərin üstünlük təşkil etdiyi pəhrizin qanda xolesterinin azalmasına müsbət təsirini təsdiqləyirlər.
Publika.az AZƏRTAC-a istinadən bildirir ki, Kolorado Universitetinin (ABŞ) əməkdaşları piylənmədən əziyyət çəkən siçanların rasionuna lobya əlavə ediblər. Təcrübə ərzində gəmiricilərin çəkisi nəzərəçarpan dərəcədə azalıb. Bununla belə, üzərində təcrübə aparılan heyvanlarda lobya pəhrizi xolesterinin miqdarını aşağı salıb. Siçanların ürək-damar sisteminin ümumi vəziyyəti də xeyli yaxşılaşıb.
İkinci tədqiqatın gedişində alimlər paxlalı bitkilərin ikinci tip diabet xəstələrinə təsirini dəyərləndiriblər. Məlum olub ki, paxladan istifadə orqanizmi sərbəst radikalların zərərverici təsirlərindən qoruyur və lipidlərin qıcqırması ilə bağlı olan toxumaların zədələnməsini azaldır. Bu, ürəyin sağlamlığına müsbət təsir göstərir.
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO