Sağlamlıq
Çiyələk yeyərkən bunlara DİQQƏT EDİN
Çiyələk həm uşaqlar, həm də böyüklər tərəfindən sevilərək yeyilən giləmeyvələrdən biridir. Bol miqdarda dəmir və fosfora malik olan çiyələyin tərkibi A, B, C və K vitaminləri baxımından da olduqca zəngindir. Bu giləmeyvə növü güclü antioksidant xüsusiyyətə malikdir və immuniteti gücləndirir.
Qida Təhlükəsizliyi Agentliyindən Publika.az-a verilən məlumata görə, çiyələyin faydaları ilə yanaşı düzgün istifaə olunmayanda onun insan orqanizminə zərərli təsirləri də olur.
Doğru şəraitdə saxlanılmayan çiyələyin yeyilməsi insan
sağlamlığı üçün təhlükə yarada, hətta qida zəhərlənmələrinə də yol
aça bilər. Belə zəhərlənmələrin qarşını almaq üçün aşağıda
sadalanan xüsusları nəzaərə almaq lazımdır:
• Çiyələyin mövsümündə yeyilməsinə diqqət edilməlidir, çünki
mövsümündən əvvəl istixana şəraitində meyvələrin yetişdirilməsində
insan orqanizminə mənfi təsir edən kimyəvi maddələrdən istifadə
oluna bilir.
• Çiyələk yeyilməzdən əvvəl mütləq yaxşıca yuyulmalıdır.
• Çiyələyin saplağı giləmeyvədən ayrılmalıdır.
• Əgər çiyələkdən turş qoxu gəlirsə və dili qıcıqlandırırsa belə
məhsul yeyilmədən atılmalıdır.
• İsti havada çiyələk daha tez xarab olduğu üçün bu məhsul mütləq
soyuducuda saxlanılmalıdır. İstehlakçı çiyələyin düzgün qaydada
saxlanılmasından əmin olduqdan sonra onu yeməlidir.
• Çiyələk alarkən qırmızı rəngli və kiçik ölçülü meyvələrə üstünlük
verilməlidir.
• Antisanitar şəraitdə satılan çiyələklərdən istifadə
təhlükəlidir.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi