Sağlamlıq
Bu qidaları mütləq GECƏ yeyin - Faydaları inanılmazdır - - FOTOLAR
Bəzi qidalar gecə istifadə olunanda normalda verdiyi faydaların 2 qatını verir. Aparılan araşdırmalara görə, bəzi qidalar gecə yatmazdan öncə qəbul edilərsə, orqanizmi xəstəliklərə qarşı daha dözümlü edir. Bəs bu qidalar hansılardır?
Publika.az gecə qəbul edilərkən daha yaxşı effekt verən təamları təqdim edir.
Pomidor
Gün ərzində qəbul edilən bəzi qidalar bədəndə həm iltihaba, həm də suyun toplanmasına səbəb olur. Bu vəziyyətdən qurtulmaq üçün bol miqdarda antioksidantı olan pomidor yatmazdan öncə yeyilə bilər.
Quşqonmaz
Tərkibindəki turşu sayəsində immun sistemini qüvvətləndirir və gecə bədən temperaturunun anidən aşağı enməsini əngəlləyir. Qaraciyərdə yığılan toksiki maddələri uzaqlaşdırır.
Çobanyastığı çayı
Gecə yatmazdan öncə bir fincan çobanyastığı çayı içmək gün boyu qəbul edilən bütün qidaların zərərli maddələrini yox edir. Beyinin sağlam qalmasına yardımçı olur. Stressiz yuxudan qalxmağınızı təmin edə bilər.
Bal
Təbiətin ən sağlam təbii dərmanı olan bal bədəni xəstəliklərlə yanaşı, xərçəng hüceyrələrindən də qoruyur. Dişdən beyinə qədər bütün orqanlara faydası var. Gecə yatmazdan öncə bir qaşıq bal yemək immun və sinir sisteminə təsir edir və yaxşı yatmağınızı, rahat oyanmağınızı təmin edir.
Zeytun yağı
Zeytun yağı qarın bölgəsindəki yağları ərtiməkdə faydalıdır. Gecdə yatmazdan öncə bir qaşıq zeytun yağı içmək həm həzmi, həm də metobolizmi yaxşılaşdırır. Piylərin əriməsini sürətləndirir.
Kahı
Gündə 7 yarpaq kahı yemək bədənin ehtiyacı olan A vitaminini qarşılayır. Gecə yeyilsə, daha effektiv nəticə verər.
Qarpız
Lif və su ehtiyatı baxımından zəngin olan qarpız gecə yeyiləndə həzm sistemini yaxşılaşdırır və bədənin ehtiyacı olan mayeni təmin edir. C vitamin ilə zəngin olan qarpız mədədə iltihabın yığılmasının qarşısını alır.
Zümrüd
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı