Sağlamlıq
Hər gün əncirli süd içməyin İNANILMAZ TƏSİRİ - MİNİLLİK MÖCÜZƏ
Heç kimə südün və əncirin insan sağlamlığına olan müsbət təsiri sirr deyil. İngiltərə kral ailəsinin ən sevimli qidalarından biri olan əncir minillərdir ki xalq təbabətində də geniş istifadə edilir.
Publika.az xəbər verir ki, bu iki möcüzəvi qida birlikdə istifadə edildikdə daha böyük fayda verir. Kalsium baxımından zəngin olan süd və təbii antioksidant olan əncir birlikdə bir çox xəstəliyin öhdəsindən gəlir.
Xüsusilə böyümə çağındakı uşaqların içməsi gərəkli olan süd sümüklərin sürətli və sağlam inkişafına töhfə verir. Tərkibindəki vitamin və minerallar sayəsində ömrün geridə qalan çağlarında meydana gələ biləcək sümüklərin əriməsi riskini aşağı salır. Əncir isə antioksidant maddə və liflə zəngindir. Bu qida eyni zamanda, həzm sisteminə nəzarət edə bilir. Qəbzlik kimi böyük problemin öhdəsindən gələn əncir 5 ədəd olmaqla istifadə edildiyində bədənin ehtiyacı olan enerjinin 80%-ni qarşılayır.
Əncirli süd
Daim həzm problemi yaşayan insanlar qəbzlik və şişkinlikdən şikayət edər. Lakin yeməkdən sonra bu problemlə qarşılaşmaq istəmirsinizsə, bu məsləhətə əməl edin.
Qaynayan 3 fincan südün içinə 6 ədəd quru əncir atıb 10 dəqiqə bişirin. Daha sonra blenderdən keçirib yeməklərdən öncə və sonra istifadə edin.
Öskürək
Qış aylarında artan virus səbəbilə yuxarı nəfəs orqanları xəstəlikləri artar. Bu da nəfəs yollarında ciddi narahatlıq yaradar. Ən ağrılı nəticəsi isə quru öskürəkdir. Bunun öhdəsindən gəlmək üçün 1 fincan südün içinə 2 ədəd əncir atıb qaynadaraq için. Gündə 2 fincan içmək öskürəyi və digər problemləri aradan qaldırır.
Xroniki yorğunluq
İş və sosial həyat, sağlam olmayan qidaların qəbul edilməsi insan bədəninə mənfi təsir göstərir. Xroniki yorğunluq və ağrılar məhz bu zaman artmağa başlayar. Bu yorğunluqdan qurtulmaq istəyirsinizsə, səhər yeməyindən öncə bir fincan südün içinə 1 qaşıq bal və quru əncir qatıb için. Bu qarışıq həm də dərinin parlaq və qüsursuz olmasını təmin edər.
Zümrüd
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?