• USD 1,7000 0,00% EUR 1,8580 0,00%
    • GBP 2,0761 0,00% RUB 0,0238 0,00%

5G texnologiyasının koronavirusla nə kimi əlaqəsi var? - Mütəxəssislər açıqlayır

5G texnologiyasının koronavirusla nə kimi əlaqəsi var? - Mütəxəssislər açıqlayır

Koronavirus yayıldığı gündən bəri onunla bağlı müxtəlif, tibbi, siyasi və iqtisadi səbəblərə söykənən iddialar səsləndirilir.

Publika.az xəbər verir ki, bu iddialardan biri də 5G texnologiyası ilə əlaqəlidir.

Dünyanın bir çox hissəsində sosial media vasitəsilə 5G texnologiyasının immun sistemimizə təzyiq göstərərək Kovid-19-a yoluxmağımızı təmin etdiyi rəvayətləri dildən-dilə düşür.

Bu nöqtədə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin fikirləri ilə razılaşmamaq mümkün deyil. O, 28 mart 2020-ci il tarixli tvitter paylaşımında “ortaq düşmənimiz Kovid-19-dur. Amma eyni zamanda bir düşmənimiz də var – “infodemik”, yəni yanlış bilgi” yazıb. Bu dezinformasiya kirliliyi arasında ortaya çıxan 5G ilə bağlı iddiaları İstanbul Aydın Universiteti Tibb fakültəsi Biofizika şöbəsinin rəhbəri professor Tunaya Kalkan belə cavablandırır: “5G daha sürətli kommunikasiya üçün fərqli tezliklərdən istifadə edən sistemdir. 4G-yə nisbətən daha çox cihaz ilə sürətli bağlantı yaradır. Kovid-19 ilə xəbərləşmə sistemləri arasında əlaqə quran iddialarda 60 GHz-dən söz açılır. Bu tezlik oksigen ilə işləyir. Oksigen molekulu 60 GHz-də dönmə sürətini artırır və enerjini udur. Bu siqnalların da oksigen molekulları tərəfindən zəiflədildiyi məlumdur. Lakin bu tezliyin şiddəti çox kiçikdir və uzaq məsafələrə gedib çatmır. Buna görə də insana təsiri inanılmaz dərəcədə azdır. Koronavirusla əlaqəsi müzakirə mövzusu belə deyil”.

Təkcə koronavirus pandemiyası ilə bağlı deyil, elm, texnologiya, tarix, siyasət, hətta tibbi mövzularda belə çirkli informasiyalara qarşı özümüzü karantinə almalıyıq.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR