Koronavirusun gözlənilməz fəsadları ortaya çıxdı - Ağızda...
Bizi izləyin

Sağlamlıq

Koronavirusun gözlənilməz fəsadları ortaya çıxdı - Ağızda...

Diş həkimləri və elm adamları koronavirus infeksiyasının başqa gözlənilməz bir xüsusiyyətini üzə çıxarıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər virusun insanın ağız boşluğunda iltihablı proseslərə səbəb ola biləcəyini qeyd edib. Braziliyalı həkimlər yoluxmuş yaşlı xəstənin ağzında çatlar və yazva aşkar edib. Həkimlər xəstənin ağız boşluğunda yaranan neoplazmalar və iltihabların koronavirus səbəbiylə xəstənin sağlamlığında sistematik bir pisləşmə fonunda ortaya çıxan ikincili əlamət olduğuna dair nəticəyə gəlib.

Alimlər həmçinin dad pozğunluğu, damaq qanaması, kandidoz, travmatik xoralar, dilin və selikli qişanın digər ikincili zədələnmələrini koronavirus infeksiyasının fəsadları və əlamətləri kimi qeyd edib.

Moskva Dövlət Tibb Universitetinin terapevtik stomatologiya kafedrasının müdiri İrina Makeeva qeyd edib ki, koronavirus infeksiyasına yoluxmuş şəkərli diabet xəstələri tez-tez şiddətli quru ağızdan şikayət edir, lakin bu simptom koronavirusun nəticəsi olmaya bilər, ancaq infeksiyanı müalicə etmək üçün müəyyən dərmanlar qəbul edirlər.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm