Sağlamlıq
4 ay sonra reanimasiyadan çıxan COVID-19 xəstəsinin ilk sualı: "Niyə hamı.."
Türkiyədə koronavirusa yoluxan ilk insanlardan biri 73 yaşlı Oğuz Peker 4 ay sonra reanimasiyadan çıxıb. 5,5 aylıq müalicəsindən sonra xəstəliyə qalib gələrək evə buraxılan Pekerin özünə gələndə dediyi ilk sözlər təəccüb doğurub.
Publika.az xəbər verir ki, o, ətrafındakı tibb işçilərinə “avtomobil qəzasımı keçirdim, niyə hamı maskalıdır” sualını ünvanlayıb.
Ailəsi və həkimləri ona koronavirus pandemiyasını və bu müddət ərzində baş verən dəyişiklikləri izah etdikdən sonra Peker bunları dərk etməkdə çətinlik çəkdiyini söyləyib. 125 gün reanimasiyada yatan 73 yaşlı xəstə nevroloji, nefroloji, infeksion və intensiv terapiya mütəxəssislərinin cəhdləri sayəsində həyata geri qayıtmaqdan məmnun olduğunu dilə gətirib.
Qeyd edək ki, Türkiyədə ilk dəfə 11 martda koronavirus pandemiyasının yayılması rəsmi şəkildə açıqlanıb. 1 gün sonra Oğuz Peker xəstələnib və qızdırma, halsızlıq, tənəffüs çatışmazlığı simptomları ilə xəstəxanaya yerləşdirilib.
Zümrüd
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?