Koronavirusu zəiflədir və öldürür - Artıq patentləşdirilib
Bizi izləyin

Sağlamlıq

Koronavirusu zəiflədir və öldürür - Artıq patentləşdirilib

Rusiyada COVID-19-un aktivliyini zəiflədən və onu məhv edən yeni dərman patentləşdirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Federal Biotibbi Agentlik məlumat yayıb. Bildirilib ki, dərman nəinki simptomları aradan qaldırmağa, eyni zamanda koronavirusun fəaliyyətini məhv etmək gücünə də malikdir.

Dərman SARS-CoV-2-yə qarşı birbaşa antiviral aktivliyə malik olan RNT müdaxilə mexanizmi əsasında hazırlanıb. Dərmanın tamamlayıcılıq prinsipinə əsasən xüsusi olaraq koronavirusun genomik RNT-si ilə birləşən sintetik mikro-RNT-lərin birləşməsidir. Beləliklə, genomu və bir neçə geni məhv edərək koronavirusun aktivliyi zəiflədilir.

Dərmanın preklinik testləri artıq aparılıb, nəticələrinə görə dərman antiviral aktivliyin yüksək spesifikliyini göstərib, eyni zamanda toksik təsir göstərmədən təhlükəsizdir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm