Dietoloq yaza qədər arıqlamağın yollarını izah etdi
Bizi izləyin

Sağlamlıq

Dietoloq yaza qədər arıqlamağın yollarını izah etdi

Yazın gəlişinə bir aydan daha az bir müddət qalır. Bu o deməkdir ki, pəhriz mövsümünə başlamaq vaxtıdır.

Publika.az xəbər verir ki, Rusiyanın Dietoloqlar Dərnəyinin üzvü Marina Makişa sağlamlığa zərər vermədən arıqlamağın yollarından danışıb. Həkimin sözlərinə görə, bunun üçün ilk növbədə gündəlik həyatda sağlam qidalanma bacarıqlarını inkişaf etdirməlisiniz:

“Pəhrizdən sürətli karbohidratlar dediyimiz qidaları - şəkər, ağ unu çıxarmaq lazımdır. Bu qdialar qarşılıqlı enerji vermədən yalnız iştaha səbəb olurlar. Şəkəri rasiondan tamamilə çıxartmaq mümkündürsə, təzə meyvəyə keçə bilərsiniz. Bundan əlavə tərəvəzlər, proteinli qidalar və tam taxıllar pəhrizə daxil edilməlidir. Heç bir halda acından ölməməlisiniz. Çünki ciddi məhdudiyyətlər ağır fəsadlara və sağlamlıq problemlərinə səbəb ola bilər” , - həkim qeyd edib.

Kalori hesablayaraq arıqlamağa gəlincə, işlər göründüyü qədər sadə deyil. Həkimin fikrincə, bu üsul yalnız pəhrizdə tarazlıq olduqda təsirli olur. Məsələn, 1000 kalorini tortdan və ya xəmir yeməklərindən qazanmamalısınız.

“Arıqlaya bilərsiniz, amma bu yanlış yanaşmadır, çünki bədən əziyyət çəkəcək. Bu da əzələ kütləsinin itməsinə gətirib çıxarır. Odur ki, pəhriz balanslı şəkildə olmalıdır”, - mütəxəssis izah edib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm