Sağlamlıq
Kişilər üçün ondan yaxşısı?
"Viaqra"-nı əvəz edən qida
Publika.az tabloid.az-a
istinadən xəbər verir ki, son illər cinsi aktivliyi artıran
dərmanlara tələbat artıb. Bu cür dərmanlardan istifadə edənlərə
dünyanın bir çox ölkəsində rast gəlinir. Onların arasında sadə
insanlarla yanaşı tanınmışlar da var. Türkiyədə yaşayan əslən
azərbaycanlı müğənni Azər Bülbülün cinsi gücü artıran dərmanlardan
istifadə etdiyi üçün dünyasını dəyişdiyi hamıya məlumdur.
Ümumiyyətlə, bu tip preparatlardan mütəmadi istifadə xoşagəlməz
əks-təsir göstərə bilər.
Mütəxəssislər bu cür dərmanların istifadəsinin dayandırılmasını və
onu əvəz edən tərəvəzlərə üstünlük verilməsinin daha məqsədəuyğun
olduğunu bildirirlər. "Viaqra" kimi cinsi aktivliyi artıran
tərəvəzlərdən də biri qovundur. Belə ki, aparılan araşdırmalar
yemişin kimyəvi tərkibinin çox zəngin olduğunu ortaya çıxarıb.
Burada sellüloz, zülallar, nişasta, asan mənimsənilən şəkər,
orqanik turşular, vitaminlər və mikroelementlər var. Bununla
yanaşı, yemişin qoxusunun kişilərdə cinsi istəyi və aktivliyi
artırdığını bildirilir. Yeməkdən öncə yeyilməli olan bu bostan
meyvəsi həmçinin rahat yatmağa da səbəb olur.
Sellülozla zəngin olan yemiş bağırsaqların fəaliyyətini
yaxşılaşdırır, qəbizliyi aradan qaldırır, orqanizmi ziyanlı
maddələrdən (toksinlər, zəhərlər və s.) təmizləyir.
Yemişin tərkibində olan A və C vitaminləri orqanizmin müdafiə
funksiyalarını yaxşılaşdırır, immuniteti möhkəmləndirir, bərpa
proseslərini gücləndirir. B qrupuna aid olan vitaminlər sinir
sisteminin fəaliyyətinə müsbət təsir edir.
Yemiş və xüsusilə yemişin şirəsi əla sidikqovucu effektə malikdir
ki, bu xüsusiyyət onu böyrəklə, sidik kisəsi və bütövlükdə sidik
ifrazatı sistemi üçün çox faydalı edir.
Tərkibində dəmir və kalium elementləri olan yemiş qan sistemi və
ürək üçün çox xeyirlidir. Cərrahi əməliyyat və digər səbəblərə görə
qan itirmiş insan üçün yemiş çox faydalıdır.
Şəkərlə zəngin olan yemiş əla enerji mənbəyidir, insanın
əhval-ruhiyyəsini yaxşılaşdırır. Lakin məhz bu xüsusiyyətinə görə
(tərkibində şəkərin çox olması) yemiş şəkərli diabet xəstələri üçün
arzuedilməz məhsulların siyahısına daxildir.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR