Sağlamlıq
Səhiyyə Nazirliyi: “Ebola” virusu haqqında son AÇIQLAMA
“Heç bir ölkə, o cümlədən Azərbaycan “Ebola” virusuna yoluxmadan sığortalanmayıb”.
Bunu Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov deyib.
Sektor müdiri bildirib ki, hələlik Ümumdünya Səhiyyə Təşkilatı sərhədləri bağlamayıb, bu barədə qərar yoxdur: “Hər halda Azərbaycan bütün hazırlıq işlərini görüb. Bununla bağlı şübhəli hal olarsa, müvafiq tədbirlər görüləcək”.
Qeyd edək ki, bu gün İstanbuldakı Atatürk Hava Limanında Nigeriya vətəndaşı olan bir turistdə “Ebola” virusu aşkar edilib.
Afrikanın qərbində yayılan “Ebola” virusundan ölənlərin sayı 1013 nəfər çatıb. Son məlumatlara görə, bu ölümcül virusa yoluxanların sayı 1848 nəfərdir.
Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və ishaldır. /bizimyol.info/
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi