Sağlamlıq
Videoçat uşağın sağalmasına kömək edir (VİDEO, FOTO)
3 yaşlı Maliya Ramirez “Ulkerativ Kolitis” – yəni kəskin bağırsaq iltihabından əziyyət çəkir. Artıq uzun müddətdir ki, xəstəxanada müalicə kursu keçir. Balaca qızcığaz xəstəxanadan qorxduğunu etiraf edir.
Ancaq elə ki, tibb bacısı ona planşetlə oynamağa icazə verir,
uşaq demək olar ki, bütün dərdlərini unudur. Maliyanın qorxularını
və keçirdiyi stresi müvəqqəti aradan qaldıran digər amil atası ilə
internet üzərində görüntülü əlaqə yaratmasıdır.
Publika.az-ın "Reuters"ə istinadən məlumatına görə, Kaliforniya
Universitetinin alimləri belə bir qənaətə gəlib ki, ailə üzvləri və
dostlarla video-çat stasionarda olan uşaqların stresini aradan
qaldırmağa kömək edir və sağalma prosesini sürətləndirir.
Universitetin dosenti Madan Darmar və onun təqdiqat qrupu
tablet-noutbuk kimi qurğuların belə azyaşlılara göstərdiyi
təsirləri araşdırıb. Çoxsaylı müşahidələrdən sonra onlar belə bir
məxrəcə gəliblər ki, ailə ilə əlaqə yaratmağa imkan verən
informasiya texnologiyalarına “əli çatan” uşaqlar daha gümrah və
yüksək emosional durumda olur.
Elmi tədqiqat Famili Link – yəni Ailə Bağı proqramı çərçivəsində
həyata keçirilib. Müşahidələr göstərib ki, eksperimentlə cəlb
olunmuş uşaqların 37 faizində stress səviyyəsi əhəmiyyətli dərəcədə
aşağı düşüb.
3 yaşlı Maliya sağalıb tezliklə evinə qayıtmaq istəyir. Lakin
qızcığaz, atasıyla apardığı videoçat zamanı xəstəliyini unudaraq
sanki özünü evdəki kimi hiss edir.
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər