Sağlamlıq
Silahlılar "Ebola" xəstələrini küçəyə buraxdı
Dəhşətli Ebola virusu epidemiyasının yayıldığı Liberiyanın
paytaxtı Monroviyada silahlı şəxslərdən ibarət qrup xəstəxanaya
hücum edərək bu virusa yoluxmuş xəstələrin saxlanıldığı qarantın
mərkəzini dağıdıblar.
Nəticədə karantın mərkəzində saxlanılan bütün xəstələr əhalisi 1,3
milyon nəfər olan şəhərdə azadlıqda qalıblar.
Şahidlərin bildirdiyinə görə, iyulun 17-nə keçən gecə silahlılar
xəstəxanaya hücum edərək karantın mərkəzinin qapılarını sındırıblar
və tibb müəssisəsini dağıdıblar. Mərkəzdə saxlanılan 29 pasiyent
isə qaçıb.
Silahlı qrupun üzvlərinin kimliyi və xəstəxanaya hücumun motivləri
məlum deyil.
Liberiyada Ebola virusunda n artıq 413 adam ölüb, daha 116 nəfərdə
bu virus aşkar edilib. Lakin mütəxəssislər yoluxanların və
ölənlərin sayının daha çox olduğunu güman edir. Belə ki, küçələrdə
Ebola virusundan öldüyü güman edilən insanların cəsədləri atılıb və
onlara yaxın duran yoxdur.
Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, Liberiya, Qvineya,
Syerra-Leone və Nigeriyada virusdan ölənlərin sayı 1145 nəfərdir.
Daha 2127 nəfər isə virusa yoluxub. Ebola virusuna yoluxanların 90
faizi ölür. Virusa qarşı hələlik effektiv müalicə metodu və peyvənd
yoxdur.
“Sərhədsiz həkimlər” təşkilatının nümayəndəsi bildirir ki, ən
mürəkkəb vəziyyət Liberiyada yayılıb. Təşkilat virusun artıq
Liberiyada ayrı-ayrı qəsəbələrdə deyil, paytaxt Monroviyada da
qeydə alındığını, sürətlə yayılmaqda olduğunu bildirib.
Virtualaz.org
-
Mistika23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”