Bu, ürək-damar xəstəlikləri riskini azaldır
Bizi izləyin

Sağlamlıq

Bu, ürək-damar xəstəlikləri riskini azaldır

22:00-23:00 arasında yuxuya getmək ürək xəstəliklərinin inkişaf riskini azalda bilər.

Publika.az xəbər verir ki, bu barədə məlumat Böyük Britaniyanın Exeter Universiteti tərəfindən yuxu və ürək-damar xəstəlikləri ilə əlaqədar edilən araşdırmada yer alıb.

Tədqiqat zamanı yaş ortalaması 61 olan 8826 şəxs müayinə edilib. Alimlər 58 faizi qadın olan 43-79 yaş arası insanlardan biləklərinə taxdıqları cihazdan istifadə edərək 7 gün ərzində yuxunun başlaması və oyanma vaxtı haqqında məlumat toplayıblar.

Bundan əlavə, iştirakçıların həyat tərzi, sağlamlığı və fiziki qiymətləndirmələri ilə bağlı sorğular aparılıb. Bu şəxslər daha sonra infarkt, ürək çatışmazlığı, xroniki işemik ürək xəstəliyi, insult və keçici işemik narahatlıqlar kimi müəyyən edilən ürək-damar xəstəliklərinin yeni diaqnozu üçün izlənilib. Məlum olub ki, gecə yarısından sonra yatan insanların ürək xəstəliyinə tutulma riski 25% yüksəkdir.

Avropa Kardiologiya Cəmiyyətinin (ESC) "Avropa Ürək Jurnalı"nda dərc edilən araşdırmanın nəticələrinə görə, təqribən 6 illik araşdırma dövründə 3172 iştirakçıda (3,6%) ürək-damar xəstəliyi inkişaf edib. Gecə yarısı və ya daha gec yatanlarda ürək xəstəliyinə tutulma riskinin 25% daha çox olduğunu ortaya qoyan araşdırmada bu riskin 22:00-23:00 arasında yuxuya gedənlərdə ən aşağı həddə olduğu təyin olunub.

Exeter Universitetinin araşdırmaçı alimi Deyvid Pləns mövzu ilə əlaqədar bildirib ki, bədənin fiziki və zehni fəaliyyəti tənzimləməyə kömək edən sirkadiyalı ritm adlanan 24 saatlıq daxili saatı var: "Tədqiqatımızdan səbəb-nəticə ilə bağlı nəticə çıxara bilməsək də, nəticələr erkən və ya gec yatmaq vaxtlarının yuxu rejimini poza biləcəyini göstərir. Bu isə bədən saatı və ürək-damar sağlamlığı üçün mənfi nəticələrə malikdir. Tədqiqatımız göstərir ki, yatmaq üçün ən yaxşı vaxt orqanizmin 24 saatlıq dövrünün müəyyən nöqtəsidir və bu olmazsa, sağlamlığa zərər verə bilər. Ən riskli vaxt gecə yarısından sonradır, çünki bu, səhər işığını görmə ehtimalını potensial olaraq azalda bilər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm