Sağlamlıq
Bu yaşdan sonra ət yemək olmaz
Ət faydalıdır, lakin hər kəs üçün deyil.
Publika.az xəbər verir ki, bu sözləri diyetoloq Olqa Perevalova deyib. Həkim bildirib ki, 50 yaşdan yuxarı insanlar ətdən tamamilə imtina etməlidir. O, izah edib ki, artıq protein xərçəng təhlükəsi yaradır. Bundan əlavə, ət karbohidratlardan az kalorili deyil. Həddindən artıq yemək isə artıq çəki ilə nəticələnə bilər.
Perevalova “Sputnik” radiosuna müsahibəsində bildirib ki, ətyeyənlər arasında ən çox rast gəlinən xəstəlik artıq çəki və metabolik sindromdur. Nəticədə isə hipertoniya, ateroskleroz, infarkt, insult, şəkərli diabet, oynaq xəstəlikləri, podaqra və s. kimi xəstəliklər meydana gəlir.
Eyni zamanda, ətin tərkibində çoxlu vitaminlər var. Ondan tamamilə imtina etmək anemiyanın inkişafı, bağırsaq mikroflorasında dəyişiklik və immunitet sisteminin zəifləməsinə gətirib çıxarır. Ekspert bildirib ki, veqanlar xüsusilə diqqətli olmalıdırlar.
Ət xüsusilə uşaqlar üçün faydalıdır. Məsələn, A vitamini görmə qabiliyyətinin yaxşılaşmasına təsir edir. B12 vitamini isə yalnız ət yeməklərindən sonra bağırsaq florasında ifraz olunur. O, enerjiyə, toxumaların, ilk növbədə selikli qişaların yenilənməsinə cavabdehdir. Bədəni yeniləmək üçün güc lazımdır. Bu isə heyvan əti sayəsində mümkün olur. Belə bir zülal olmadan sağlam yaşamaq mümkün deyil.
“Yalnız heyvan zülalında bütün amin turşuları var. Bunlar yumurta, ət və süddür. İmmunitet proteini sevir. Bunlar zülaldan yaranan hüceyrələrdir. Veqanlar heyvan zülallarından imtina edir, təkcə ətdən deyil, quş əti, yumurta və süddən. Yalnız bitki mənşəli zülalların tərkibində isə amin turşuları olmadığı üçün natamamdır”, - diyetoloq vurğulayıb.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ