Bu yaş qrupu qadınlarda xərçəng riski yüksəkdir
Bizi izləyin

Sağlamlıq

Bu yaş qrupu qadınlarda xərçəng riski yüksəkdir

Qadınlarda uşaqlıq boynunun bədxassəli şişləri 35-55 yaş qrupunda diaqnoz qoyulur.

Publika.az xəbər verir ki, bu sözləri onkoginekoloq Svetlana Lapina Ura.ru-ya müsahibəsində deyib.

"Uşaqlıq boynunun bədxassəli yenitörəmələrinə, bir qayda olaraq, 35-55 yaş qrupunda diaqnoz qoyulur. Lakin xərçəngöncəsi patologiyanın ilk əlamətləri qadında daha erkən yaşlarda da görünə bilər. Belə xəstələr onkoloji nəzarətə götürülməlidir və xərçəngdən əvvəlki patologiyaya görə müalicə olunur", - həkim bildirib.

Mütəxəssis vurğulayıb ki, mütəmadi olaraq ginekoloqun profilaktik müayinələrindən keçməklə uşaqlıq boynu xərçənginin qarşısını almaq olar.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm