Bağırsaqlarımız beyinlə necə danışır? - Arıqlaya bilməməyinizin əsas səbəbləri
Bizi izləyin

Sağlamlıq

Bağırsaqlarımız beyinlə necə danışır? - Arıqlaya bilməməyinizin əsas səbəbləri

Bağırsaqlarınız sizi məşq etməyə həvəsləndirə və ya hərəkət etməkdən çəkindirə bilər. Bu gülünc səslənə bilər, amma araşdırmalar göstərir ki, bu həqiqətdir. Əgər siz də məşq və hərəkət etmək istəmirsinizsə, bağırsaq floranız və ya mikrobiomunuz məsuliyyət daşıya bilər.

Publika.az "Hurriyet"ə istinadən xəbər verir ki, alimlərin sözlərinə görə, bağırsaq bakteriyaları öyrənmə və motivasiyanı tənzimləyən dopamin və xoşbəxtlik, iştah və cinsi istəkdə rol oynayan serotonin kimi əhval-ruhiyyəni dəyişdirən neyrotransmitterlər ifraz edərək psixi vəziyyətə, hətta yuxu keyfiyyətinə təsir göstərir.

Siçanlar üzərində aparılan son araşdırmada müəyyən olunub ki, bəzi bağırsaq bakteriyaları fiziki fəaliyyət zamanı dopamin ifrazını artıra bilir ki, bu da motivasiyanı artırmağa kömək edir

Türkirəli ümumi cərrah, qastroentroloq, professor Vedat Göral bildirib ki, mikrobiota və ya mikrobiom son illərdə istifadə edilən bağırsaq florasının yeni tərifidir. Həkimin sözlərinə görə, flora və mikrobiom terminləri eyni mənanı ifadə edir. Mikrobiota adlanan mikroorqanizmlərdə təxminən 100 trilyon bakteriya var, onların ümumi çəkisi təxminən 2-3 kiloqramdır, yəni bu bakteriyalar bədən çəkimizin təxminən 2-3 faizini təşkil edir. Mikrobiota bakteriyalarının sayı bizim öz hüceyrələrimizin sayından 10 dəfə çoxdur. Mikrobiotada olan bakteriyaların əksəriyyəti ümumiyyətlə yoğun bağırsaqda yaşayır.

Testlərdə mikrobiotası yaxşı olan siçanlarda qaçış testi uğurlu olarkən, antibiotiklər verildikdə və bağırsaqlardakı bakteriyalar azaldıqda siçanların qaçış istəyi və hərəkətliliyi azalıb. Normal siçanlarda məşqdən sonra beyində dopamin səviyyəsinin artdığı, mikrobiomu tükənmiş siçanlarda isə artmadığı müəyyən edilib. Başqa sözlə, mikrobiotası yaxşı olan siçanlarda dopamin səviyyəsi daha yaxşı olduğu halda, mikrobiotası aşağı və ya pis olan siçanlarda dopamin səviyyəsinin az olduğu müşahidə edilib. Dopamin yaddaş, hərəkət, motivasiya, əhval-ruhiyyə və diqqət müddəti də daxil olmaqla bir çox bədən funksiyalarında mühüm rol oynayır.

Bağırsaqlarımızın sağlamlığı bütün sağlamlığımıza təsir edir. Əslində bağırsaqlara ikinci bəyin deyilir. Bəs daha aktiv həyat üçün mikrobiomumuzun sayını artırmalıyıqmı? Bunun üçün nə etməliyik?

Bu günə qədər aparılan araşdırmalar göstərir ki, bağırsaqlarımızın vəziyyəti ürəyə, bel ətrafına, yuxuya və əhval-ruhiyyətə təsir edir, müxtəlif xəstəliklərin, o cümlədən şəkərli diabet və bəzi xərçəng növlərinin riskində rol oynayır.

Mikrobiomlar olduqca hərəkətlidir. Bağırsaq böcəklərimizin sayı və növləri necə yaşadığımıza və nə yediyimizə, o cümlədən məşq edib-etmədiyimizə və bunu necə etdiyimizə görə dəyişir. Lakin son illərdə aparılan araşdırmalar onu göstərir ki, mikrobiota bir çox cəhətdən insan sağlamlığı üçün çox əhəmiyyətlidir. Mikrobiomun olmaması, həmçinin depressiya, qarın boşluğunda qaz, şişkinlik, qaraciyər yağlanması, Alzheymer və demans, qıcıqlanmış bağırsaq və bəzi xərçəng növlərinə gətirib çıxara bilər.

Bağırsak (kolon) kanserinin belirtileri nelerdir?

Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya Mütəxəssisi Dr. Umid Savaşçı isə vurğulayıb ki, mikrobiota immunitet sistemi, nevroloji funksiyalar və sağlamlığımız üçün çox əhəmiyyətlidir. "Biz nə yeyiriksə, oyuq", - mütəxəssis daha sonra əlavə edib.

London Kral Kollecinin genetik epidemiologiya professoru və Britaniya Bağırsaq Layihəsinin qurucusu Tim Spektorun sözlərinə görə, liflə zəngin bitkilər və qida dəyəri zəngin olan qidalar mikrobiom üçün xüsusilə faydalıdır. Spektor hətta çoxlu meyvə və tərəvəz yeyənlərə belə hər həftə onların çeşidini artırmağı tövsiyə edib. Ekspert onu da bildirib ki, həddindən artıq lif yemək mikrobiomunuz üçün yaxşı olsa da, yanlış qidaların qəbulu bağırsaqlarınızdakı tarazlığı pozaraq vəziyyəti xəstəliklərə yol açan mikrobların xeyrinə dəyişdirə bilər.

Bağırsaqların iş prinsipi necədir?

Bəs necə olur ki, mikrobiomumuz və ya bağırsağımız bizi hərəkətə gətirir və ya hərəkətsizləşdirir? Bədənimizin hərəkətliliyinə bağırsaqlar istiqamət verir?

Vedat Göral bildirib ki, araşdırmalara görə bağırsaqdakı mikrobiomun istehsal etdiyi sərbəst yağ turşuları duyğu neyronlarını stimullaşdırır: "Bu isə duyğu neyronlarından gələn siqnalların məşq zamanı beyində dopamin səviyyəsinin artmasına səbəb olur, dopamin insanın məşq istəyini artırır. Onun çatışmazlığı da bağırsaq mikrobiomunun vəziyyəti ilə bağlı ola bilər".

Mikrobiologiya mütəxəssisi kimi çalışan və araşdırma aparan Prof. Dr.kristof Taiss "Washington Post"a verdiyi açıqlamada bildirib ki, bağırsağın məşq davranışına reaksiyası uzun müddət əvvəl qidaya cavab olaraq inkişaf edib. "Çünki minlərlə il əvvəl gəzən, hərəkət edən, kəşfiyyat aparan və müntəzəm olaraq idman edən heyvanlar daha çox qida tapdılar, sağ qaldılar və idmanı təşviq edən bağırsaq-beyin əlaqələri zamanla çoxaldı".

Kaliforniyadakı Riversayd Universitetində çalışan təkamülçü bioloq Teodor Qarlandın sözlərinə görə, bu tədqiqat insanlar kontekstində hələ də bir az nəzəri xarakter daşıyır, lakin bizim məşq etmək motivasiyamız qismən bağırsaq bakteriyalarımızın tərkibindən asılı ola bilər.

Bəs insanların hərəkətsizliyinin yeganə günahkarı bağırsaqlardır?

Hareketsizliğin sorumlusu bulundu... Egzersiz yapmaktan kaçınıyorsanız nedeni bağırsaklarınız olabilir

Professor Göral hesab edir ki, anemiya, qalxanabənzər vəz tənbəlliyi, depressiya, ortopedik çatışmazlıq, osteoporoz və digər yaşla bağlı problemlər də hərəkətsizliyə səbəb ola bilər.

Bununla belə, o əlavə edib ki, hətta depressiya da son illərdə mikrobiota ilə əlaqələndirilir, ona görə də bağırsaq mikrobiotasının pis olması insanın hərəkətsizliyinin səbəblərindən biri kimi qiymətləndirilir.

Antibiotiklərin sui-istifadəsi nələrə yol açır?

Kaliforniya Universitetinin alimləri qaçmağı sevən siçanların mikrobiomlarını məhv edərək necə reaksiya verəcəyini də araşdırıblar. Testlər göstərib ki, siçanlar təkər üzərində digər siçanlardan təxminən üç dəfə çox qaçıb və nəticədə fərqli mikrobiomlar inkişaf etdiriblər. Keçən il "Behavioral Processes"də nəşr olunan araşdırmanın bir hissəsi olaraq, bu marafon siçovullarından bəzilərinə bağırsaq bakteriyalarının əksəriyyətini öldürmək üçün geniş spektrli antibiotiklər verilib. Heyvanlar eyni şəkildə yeməyə və yaşamağa davam ediblər. Bununla belə, tədqiqatçılar heyvanları qaçış təkərlərinə yerləşdirdikdə, marafon siçovullarının qaçış məsafəsinin xeyli qısaldığı üzə çıxıb.

Professor Göral antibiotiklərin xüsusilə uşaq və böyüklərdə həqiqətən mikrobiota sayını azaltdığını, gərəksiz, təsadüfi və uzun müddətli antibiotiklərin istifadə edilməməsini, mümkünsə ağrıkəsicilərin azaldılmasını, sağlam qidalanmağı tövsiyə edib. Onun sözlərinə görə, tərkibində əlavələr olan qidalardan uzaq durmaq lazımdır.

“Xüsusən də uşaqlarda antibiotiklərin tez-tez istifadəsi yaxın illərdə bağırsaqların iltihabına səbəb ola bilər. Antibiotiklərdən istifadə ediləcəksə, yüngül təsirli olanlar qısa müddətə istifadə edilməlidir. Cəmiyyətimizdə həddən artıq çox antibiotik istifadə olunur, lakin bu, düzgün təcrübə deyil”.

Mikrobiotamızın hansı durumda olduğunu necə öyrənmək olar?

Göralın sözlərinə görə, mikrobiota və ya SIBO testi ilə mikrobiotamızın necə olduğunu öyrənmək mümkündür. Göral bildirib ki, mikrobiota pozulduğu hallarda probiyotiklərin istifadə edilməsi lazımdır. Probiyotiklərin apteklərdə kapsul, həb və toz şəklində tapıla biləcəyini vurğulayan Göral probiotik tərkibli təbii qidaları da sadalayıb: “Bəzi məhsullarda qatıq, kefir, duzlu kələm, xiyar və sarımsaq turşusu kimi məhsullarda probiyotik var, ancaq Qatığın və kefirin probiotik dozası dərmandakı dozadan az ola bilər".

Hareketsizliğin sorumlusu bulundu... Egzersiz yapmaktan kaçınıyorsanız nedeni bağırsaklarınız olabilir

Professor mikrobiomu az olan insanların daha az hərəkət etdiyini, daha aktiv bir həyatın isə mikrobiom sayını artırdığını ifadə edib.

Bəs bağırsaq sağlamlığımız üçün nə etməliyik? Probiyotik qəbul etməklə və ya bağırsaqlarımızdakı faydalı bakteriyaların sayını artırmaqla idmana marağımızı artıra bilərikmi?

Probiotik və ya probiotik təsirli qidalar qəbul edərək bağırsaqdakı faydalı bakteriyaları artırmaq mümkündür. Bu idmana marağımızı artıra bilər. Üstəlik qaz, şişkinlik, qaraciyər yağlanması, sonrakı yaşlarda demans və bəzi vacib xəstəliklərdən qorunuruq.

Mikrobioloq Taiss bildirib ki, probiyotiklər qəbul etməklə, pəhrizimizi dəyişdirməklə və ya bağırsaq bakteriyalarımızı başqa şəkildə dəyişdirməklə idmana marağımızı artıra bilərik.

"Siçanlar üzərində aparılan araşdırmalar göstərir ki, tək məşq ən yaxşı motivasiya ola bilər. Məşq edərkən mikrobiomumuzu yenidən qururuq və bərpa olunan bağırsağımız məşq etmək istəyimizi gücləndirir. Keçən il aparılan bir araşdırma da göstərdi ki, xizəkçilərin bağırsaqlarında çətin mövsümdən sonra sağlam olmayan idmançıların mikrobiomlarına nisbətən daha az bakteriya növü var", - mikrobioloq vurğulayıb.

Bağırsaqlarımız beyinlə necə danışır?

Keçən ilin dekabrında "Nature" jurnalında dərc edilən məqaləyə görə, Pensilvaniya Universitetinin Perelman Tibb Məktəbinin və digər qurumların alimləri siçanların bağırsaqları və beyinləri üzərində tədqiqat aparıblar. Tədqiqatçılar müxtəlif gündəlik məsafələrə qaçan səkkiz növ siçan və onları genotipləşdirməyə, məşqdən əvvəl və məşq zamanı onların bağırsaqlarında, qanlarında və beyinlərində ifraz olunan minlərlə molekulun olub-olmadığını yoxlamağa başlayıblar. Həmçinin bəzi siçanlara antibiotiklər verilib, digərləri isə elə yetişdirilib ki, anadangəlmə mikrobiomları olmayıb.

Sağlam mikrobiomları olan xoşbəxt siçanlardan alınan nəcis nümunələri daha sonra bağırsaq bakteriyası olmayan siçanlara köçürülüb. Bu prosesdə toplanan məlumatlar sayəsində məlum olub ki, məşqlə aktivləşdirilən bağırsaqdan beyinə birbaşa əlaqə əlaqə var. Bildirib ki, bu ünsiyyət məşq zamanı bağırsaqda müəyyən molekulların sərbəst buraxılması ilə başlayır və sonra bağırsaq və ara beyini birləşdirən xüsusi sinirləri stimullaşdırır.

Alimlər həmçinin aşkar ediblər ki, heyvanların bağırsaqlarında bir neçə xüsusi növ bakteriyanın miqdarından asılı olaraq beyinləri daha çox dopamin istehsal edirsə, bir o qədər çox qaçırlar.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm