Bu yaşdan sonra sümük toxumasının keyfiyyəti pisləşir
Bizi izləyin

Sağlamlıq

Bu yaşdan sonra sümük toxumasının keyfiyyəti pisləşir

Xəbər verdiyimiz kimi, 80 yaşlı ABŞ prezidenti Cozef Baydenin ayaqları sözünə baxmır. Bir neçə gün əvvəl yıxılan Baydenin görüntüləri bütün media orqanlarında yayımlandı.

Publika.az xəbər verir ki, tibb elmləri namizədi, travmatoloq-ortoped Maksim Sautin prezidentin yıxılmasından danışıb. Mütəxəssisin fikrincə, xəstə nə qədər yaşlıdırsa, sınıq riski bir o qədər yüksək olur və bərpası ləngiyir.

"Başa düşməlisiniz ki, sümük toxumasının keyfiyyəti təxminən 45-50 yaşdan pisləşir. Burada söhbət osteoporozdan gedir. Onun xəbərçisi osteopeniyadır, yəni xəstədə sümük sıxlığının azalması. Yaşlı bir xəstə üçün osteoporoz təbii bir prosesdir. Lakin xəstənin riayət etməli olduğu müəyyən parametrlər var.

Osteoporozdan əziyyət çəkən xəstələr hətta yüngül yıxılma zamanı zədə ala və sınıq baş verə bilər. Yaşlı xəstələrdə ən çox rast gəlinən diaqnoz radiusun və ya femur boynunun sınığıdır, xüsusən də bir tərəfə yıxıldıqda. Yaşlılarda hətta öz hündürlüyündən yıxılmaq da ciddi təhlükə yaradır. Yaşla əlaqədar olaraq təəssüf ki, sınıqlar tez-tez baş verir və bu fonda xroniki xəstəlik qazananlarda sağalmamaq riski çox yüksəkdir.

Ona görə də, bud sümüyü boynunun sınığı zamanı xəstənin uzanmaması və mövcud xroniki xəstəliklərin inkişaf etməməsi üçün mümkün qədər tez, daha yaxşı olar ki, birinci gün əməliyyat edilməsi son dərəcə vacibdir ki, xəstənin hətta ölümünə səbəb ola biləcək kəskin fazaya girməsin”, - həkim qeyd edib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm