HİV epidemiyası Avropada sürətlə böyüyür
Bizi izləyin

Sağlamlıq

HİV epidemiyası Avropada sürətlə böyüyür

Avropa HİV epidemiyasının ən sürətlə yayıldığı regiondur.

Publika.az xəbər verir ki, bu sözləri ÜST-nin Avropa üzrə regional direktoru Hans Kluqe deyib. Onun bəyanatı ReliefWeb saytında dərc olunub. Onun sözlərinə görə, əsas problemlərdən biri odur ki, bir çox avropalılar tibbi yardıma çox gec müraciət edirlər ki, bu da öz növbəsində ölüm hallarına təsir edir və bu, “inanılmaz dərəcədə yüksək” səviyyəyə çatıb. ÜST rəsminin sözlərinə görə, bu tendensiya on ildir dəyişməyib. Eyni zamanda, o, əlavə edib ki, bir sıra ölkələrdə HİV-in yayılması demək olar ki, dayanıb.

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisi xatırladıb ki, əvvəllər QİÇS haqqında az şey məlum idi və HİV diaqnozu faktiki olaraq ölüm hökmü hesab edilirdi. Bu gün tibb o həddə çatıb ki, xəstəlik xroniki olaraq təsnif edilir, çünki müalicə alan xəstələr nəinki uzun ömür sürə bilir, həm də ətrafdakılar üçün təhlükə yaratmır.

Kluqe siyasətçiləri, ictimai xadimləri və səhiyyə sektorunun işçilərini yeni ildə HİV-in qarşısının alınması və ona qarşı mübarizənin təşviqi üçün hər cür səy göstərməyə çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm