Sağlamlıq
Süni mayalanma ilə doğulan uşaqlar daha zəif olur?
"EKO proseduru ilə bağlı cəmiyyətdə bir çox rəvayət və stereotiplər formalaşıb. Birinci yanlış fikir ondan ibarətdir ki, yalnız yaşlı insanlar EKO-ya müraciət edirlər. Əslində, reproduktoloqlara müraciət edən insanların orta yaşı 35-37 arasıdır. Bu prosedurun daha sonra qadınlarda müxtəlif xəstəliklərə səbəb olduğu və hormonlardan istifadə edildiyi də həqiqətə uyğun deyil".
Publika.az xəbər verir ki, bu sözləri Sankt-Peterburq Dövlət Pediatriya Tibb Universitetinin köməkçi reproduktiv texnologiyalar kafedrasının müdiri Tatyana Krivolesova deyib.
"Köməkçi reproduktiv texnologiya proqramlarında hormonal terapiyadan istifadə edən çoxlu müxtəlif tsikl var. Öz tsiklində oositi daşıyan dominant follikul fizioloji cəhətdən yetkinləşir və yumurta olur. Biz isə xəstəyə hormonal yük tətbiq etmədən yumurtanı təbii tsikldə toplayırıq”, - Sankt-Peterburq telekanalına açıqlamasında mama-ginekoloq bildirib.
Növbəti yanlış fikir EKO ilə doğulan uşaqların daha zəif və xəstə olmasıdır. Krivolesova əmin edir ki, onun təcrübəsində EKO ilə hamilə qadınların dünyaya gətirdiyi uşaqlarda hər hansı inkişaf geriliyi və ya zəiflik müşahidə olunmayıb. Başqa bir səhv fikir isə EKO zamanı valideynlərin uşağın cinsini seçə bilməsi ilə bağlıdır. Mütəxəssis qeyd edib ki, hazırda prosedurun bu yöndə hazırlanması nəzərdə tutulmur. Üstəlik, bu, hüquqi baxımdan etik deyil.
"Həmçinin EKO həmişə əkiz və daha çox hamiləliklə başa çatmır. Biz adətən anemnezini nəzərə alaraq, bir embrionu köçürməyə çalışırıq" , - həkim izah edib.
-
ABŞ10:06Tramp İran gəmisindəki “məxfi yük”dən danışdı: Çinlə bağlı sürpriz açıqlama
-
Nida Xəbər 10:00Azərbaycanda vəzifəli şəxslər həbs edildi – Aralarında rəislər də var
-
İdman09:44"Santyaqo Bernabeu" korta çevrildi: Ulduzlar rəqib, Peres hakim oldu - VİDEO
-
Hadisə09:03Qobustanda torpaq çökdü: Ölən və yaralı var - VİDEO
-
ABŞ07:47Trampdan KRİTİK AÇIQLAMA - “Ölkələrinə kimin rəhbərlik etdiyini belə bilmirlər”
-
İKT07:30Smartfonu kilidləməyin ən etibarlı yolu
-
İdman06:46Tarixə düşən qələbə - Hələ beləsi olmamışdı
-
Magazin206:16"Eşref Rüya"da növbəti ayrılıq - FOTO













.webp)






.jpg)
















